“Harry Potter” serialında Dambldor, Sneyp və Haqrid rollarının aktyorları bəlli oldu
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
HBO yeni “Harry Potter” serialının əsas yaşlı aktyor heyətini təsdiqləyib.
Yeniavaz.com “Deadline”a istinadən xəbər verir ki, aktyor heyətinə şouda dörd müntəzəm rol, həmçinin iki köməkçi rol daxildir.
Belə ki, aktyor Con Litqo serialda “Hoqvarts” cadu və sehrbazlıq məktəbinin direktoru Albus Dambldor rolunu canlandıracaq. Paapa Essyedu professor Severus Sneypi, Canet Maktir “Qriffindor”un dekanı Minerva Makqonaqallı, professor Qvirinus Kvireli Lyuk Tallon, Rubeus Haqrid rolunu isə Nik Frost oynayacaq
“Variety” qeyd edir ki, əsas uşaq rollarının aktyorları - sehrbaz Harri Potter və onun dostları Ron Uizli və Hermiona Qreyncer hələ açıqlanmayıb. HBO 2024-cü ilin payızında bu rollar üçün açıq kastinq təşkil edib. Burada 30 mindən çox uşaq iştirak edib.
HBO 2023-cü ilin aprelində “Harry Potter” serialını elan edib. Serialın çəkilişlərinə 2025-ci ilin yayında başlanacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:Harry Potter serialında bu AKTYORLAR ÇƏKİLƏCƏKLƏR
15 Aprel 2025 13:26
Harri Potter serialında Albus Dambldor rolunu o oynayacaq
14 Fevral 2025 11:08
Yeni Harry Potter ulduzları bəlli oldu
29 May 2025 21:36
Harry Potter serialından ilk görüntü
15 İyul 2025 18:12
Harry Potter qılıncları qanunları pozdu
03 Dekabr 2024 08:55
Baxış sayı:163
Bu xəbər 15 Aprel 2025 00:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















