Icma.az
close
up
RU
Harvard Universiteti kampuslarında antisemitizm və islamofobiya hallarına görə üzr istəyib

Harvard Universiteti kampuslarında antisemitizm və islamofobiya hallarına görə üzr istəyib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 30 aprel, AZƏRTAC

Harvard Universiteti çərşənbə axşamı 2023-cü ildə İsrail-Fələstin münaqişəsi başlayandan bəri kampuslarında antisemitizm və islamofobiyaya görə tələbələrdən və əməkdaşlardan üzr istəyib.

AZƏRTAC ABŞ mediasına istinadla xəbər verir ki, universitetin rektoru Alan Qarber məktubunda 2023-2024-cü tədris ilinin məyusedici və ağrılı olduğunu etiraf edib və kampuslarda həm yəhudi, həm də müsəlmanlara qarşı nifrətə qarşı mübarizə aparmaq üçün yaratdığı işçi qruplarının hesabatını ətraflı izah edib.

O deyib: “Cəmiyyətimizin haqlı ümidlərini yerinə yetirə bilmədiyimiz anlara görə üzr istəyirəm. 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunun ağır, geniş təsiri və onun nəticələri universitetimizdə ciddi əks-səda doğurdu. Uzun müddətdir davam edən gərginlik üzə çıxdı və ölkədəki kampuslarda etirazlar, bəzən hətta şiddətli toqquşmalar baş verdikcə, icma üzvlərimiz öz şəxsiyyətlərinə görə hədəfə alınmalarına səbəb olan hadisələr haqqında məlumat verdilər”.

Qarber antisemitizm və anti-İsrail kampaniyasına, habelə islamofob, anti-Fələstin qərəzinə qarşı mübarizə aparmaq üçün iki prezident işçi qrupu yaradıb. Məqsəd nifrətin köklü səbəblərini tapmaq və problemi kampus miqyasında açıq şəkildə həll etmək idi.

Onun sözlərinə görə, hər iki işçi qrupunun tövsiyələri müxtəlif dinlərə mənsub olan tələbələr arasında dialoqu təşviq etmək üçün yeni siyasət və təlimlərin işlənib hazırlanması, nəzərdən keçirilməsi və həyata keçirilməsində istifadə olunacaq. “Xüsusilə, gərginlik yüksək olduqda, biz bir-birimizi həqiqətən olduğumuz şəkildə, mürəkkəb inanclara və şəxsiyyətlərə malik unikal fərdlər kimi görmək çətinliyini qəbul etməliyik, ön mühakimələrimizi geridə qoyaraq mehribanlıqla görüşməliyik”, -deyə Qarber vurğulayıb.

Rektor əlavə edib ki, Harvard Universiteti ksenofobiya təzahürlərini qətiyyətlə rədd edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see247

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see244

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see238

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see232

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see219

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see216

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see210

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see188

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see179

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see179

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see178

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see159

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri