Icma.az
close
up
RU
Hasan Oktay: Hindistan Pakistan qarşıdurmasının müharibəyə çevrilməsi ehtimalı azdır

Hasan Oktay: Hindistan Pakistan qarşıdurmasının müharibəyə çevrilməsi ehtimalı azdır

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Hindistan, aprel ayının sonunda turistlərə qarşı baş verən hücumun, bu ölkənin nəzarətində olan Çeşmə bölgəsindəki terror qrupları tərəfindən təşkil edildiyini və bu qruplara qarşı hərbi əməliyyat başlatdığını, lakin bu əməliyyatın heç bir şəkildə Pakistanın hərbi mövqelərinə yönəlmədiyini bildirir. Hindistan bu hadisəni beynəlxalq hüquqa əsaslanaraq terrora qarşı bir tədbir kimi təqdim etməyə çalışır. Belə olan halda, bu vəziyyəti Hindistan-Pakistan müharibəsi kimi deyil, terrora qarşı həyata keçirilmiş sərhədötesi bir əməliyyat kimi dəyərləndirmək daha doğru olar".


Bu sözləri Sherg.az-a açıqlamasında Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay söyləyib. 


O qeyd edib ki, Hindistan və Pakistan, ABŞ-ın Çin strategiyasında çox mühüm mövqe tutur:


"Çin bu iki ölkədən birini öz tərəfinə çəkərsə, bu, ABŞ-a qarşı daha güclü müqavimətə səbəb ola bilər. Hazırda müasir dünyanın əsas hədəfi, Çinin qeyri-mütənasib güc tətbiq edərək dünya ticarətini ələ keçirmək cəhdinin qarşısını almaqdır.

İddialara görə, bölgədəki bu gərginlik ABŞ tərəfindən planlaşdırılıb və məqsəd Çinlə daha yaxın mövqe tutmaq, Hindistan və Pakistanın Çinlə ittifaq qurmasının qarşısını almaqdır. 2 aprel tarixində Donald Trampın “Amerikanı xilas əməliyyatı” adlandırdığı vergi paketləri ABŞ üçün yeni bir iqtisadi mübarizə mərhələsinə çevrilib. ABŞ, Hindistan-Pakistan arasındakı bu qarşıdurmanı da öz strategiyasına uyğun şəkildə yönləndirmək və idarə etmək istəyir. Hindistan-Pakistan qarşıdurmasının müharibəyə çevrilməsi ehtimalı azdır. Çünki bütün beynəlxalq güclər bu məsələnin sülh yolu ilə həll olunması üçün səylər göstərir. Hindistan açıqlamalarında diqqətli davranır və bunun sırf terror qruplarına qarşı əməliyyat olduğunu, Pakistan əleyhinə hərbi bir hücum olmadığını vurğulayır. Pakistan isə öz ərazisinə edilən hücumu – istər mülki, istər hərbi hədəfə qarşı olsun – müharibəyə səbəb ola biləcək bir hərəkət kimi dəyərləndirərək Hindistana cavab verəcəyini bildirib".


Politoloqun sözlərinə görə, hazırda beynəlxalq sistem bu iki ölkə arasında sülhün bərpası və qorunması üçün səylər göstərməkdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 May 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see140

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see126

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri