Hasan Turan: 44 günlük Qarabağ müharibəsində əldə edilən qələbə türk dünyasının zəfəri idi
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"44 günlük Qarabağ müharibəsində əldə edilən qələbə türk dünyasının zəfəri idi".
Oxu.Az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisi Bürosunun üzvü Hasan Turan Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunan "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.
O, Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyi münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, TBMM-nin sədri Numan Kurtulmuşun salamlarını və təbriklərini çatdırıb:
"Azərbaycan bu zəfər üçün böyük yol qət edib. Hazırda sülh istiqamətində mühüm addımlar atılır. Bundan sonra da biz qardaş Azərbaycana verdiyimiz güclü dəstəyi davam etdirəcəyik. Bu gün iki dövlət bir millət anlayışı hər gün daha da dərinləşir. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində bu qardaşlığımız və türk dünyası bərabər qurulur".
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 29 Oktyabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















