Hasil Abbasov ona yeni vəzifə verdi
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyində (DMA) kadr dəyişikliyi olub.
Globalinfo.az bildirir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Elnur Qasımov Agentliyin Daxili Nəzarət və Audit Departamentinin müdiri vəzifəsindən azad olunub.
Digər bir əmrlə o, Agentliyin Mərkəzi Monitorinq və Qiymətləndirmə filialına müdir təyin edilib.
H.Abbasovun daha bir əmri ilə Nailə Dövlətova DMA-nın Maliyyə Departamentinin Maliyyə şöbəsinə müdir təyinatı alıb.
Qeyd edək ki, E.Qasımov Daxili Nəzarət və Audit Departamentinin müdiri vəzifəsinə bu ilin yanvarında təyin olunmuşdu. Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının əvvəlki müdiri isə Elnur Əliyev olub. O, ötən ay əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini təyin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 10 Mart 2026 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















