Icma.az
close
up
RU
Hava dəyişir Əhaliyə xəbərdarlıq

Hava dəyişir Əhaliyə xəbərdarlıq

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Uzun müddət davam edən anomal istilərdən sonra havaların yavaş-yavaş soyuyacağı, yaxın günlərdə isə yağışlı və küləkli havaların başlayacağı proqnozlaşdırılır. Belə iqlim dəyişiklikləri adətən insanların həm psixoloji, həm də bioloji sağlamlığına təsir edir, xəstəliklərin, xüsusilə soyuqdəymə hallarının artmasına səbəb olur.

Bu keçid dövründə insanlar nələrə diqqət etməlidirlər?

Milli.Az xəbər verir ki, globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, insanların iqlim təlatümlərindən qorunmaq üçün kifayət qədər imkanlar var.

Onun sözlərinə görə, ən azından insanların evləri, kondisionerləri və digər mühafizə vasitələri mövcuddur, buna görə də həm soyuq, həm də isti havalardan müvafiq şəkildə qorunmaq mümkündür:

"Lakin əsas məsələ ondan ibarətdir ki, biz artıq Yer kürəsinin istilik tənzimi mexanizmlərinin pozulması, yəni qlobal istiləşmə kimi tanınan ciddi bir proseslə üz-üzəyik. Dünyanın müxtəlif regionlarında iqlimin kəskin dəyişməsi müşahidə olunur və bu dəyişikliklər relyefə də təsir göstərəcək. Belə davam edərsə, hesab edirəm ki, insanlar buna adaptasiya olmalıdırlar. Tarix boyunca yay isti, payız soyuq və küləkli, qış isə soyuq, şaxtalı keçib. Biz artıq fəsil dəyişmələrinə alışmışıq. Sadəcə, çox adam isti havaları xoşlamır. Ancaq unutmamalıyıq ki, Günəş olmasa, bu qalaktikada, bizim Günəş sistemi planetlərində həyat tamamilə dayanar".

Ekspert bildirib ki, Yer kürəsində həyat günəş enerjisindən asılıdır:

"Bu baxımdan ekvator ətrafında insanlar 60 dərəcə isti altında belə yaşayırlar və buna öyrəşirlər. Biz də bu cür təlatümlərə alışmalıyıq. İnsanlarda iqlim dəyişikliklərinin törətdiyi təsirlərə gəldikdə isə, əsas məsələ baş verən prosesləri düzgün dərk etmək və onlara təbii yanaşmaqdır. Əks halda, prosesləri qəbul etməyən və ya onlara uyğunlaşmağa çalışmayan şəxslərdə adekvat olmayan reaksiyalar - stres, nevroz və digər psixoloji problemlər ortaya çıxır".

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Avqust 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri