Hava hücumundan müdafiə qüvvələri Moskvaya dron hücumunu dəf edib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Moskva, 22 may, AZƏRTAC
Moskva şəhərinin meri Sergey Sobyanin bildirib ki, Rusiyanın hava hücumundan müdafiə qüvvələri paytaxta yönəlmiş 16 pilotsuz uçuş aparatının hücumunun qarşısını alıb.
AZƏRTAC xəbər verir ki, hücumlarla əlaqədar “Şeremetyevo” hava limanında, eləcə də təkrar olaraq “Domodedovo” və “Jukovski” hava limanlarında hava gəmilərinin qəbulu və uçuşu müvəqqəti məhdudlaşdırılıb.
Bəzi dronların qalıqlarının düşdüyü ərazilərdə fövqəladə xidmətlərin mütəxəssisləri işləyir.
Rusiya Müdafiə Nazirliyi həmçinin bu gün ölkənin müxtəlif regionları üzərində 34 Ukrayna pilotsuz uçuş aparatının hava hücumundan müdafiə vasitələri ilə məhv edildiyini və ya ələ keçirildiyini açıqlayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 22 May 2025 03:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















