Icma.az
close
up
RU
Hava ilə bağlı daha bir pis xəbər Düz payıza qədər davam edəcək! KONKRET

Hava ilə bağlı daha bir pis xəbər Düz payıza qədər davam edəcək! KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son aylarda yaza xas olmayan hava şəraiti kənd təsərrüfatına təsirsiz ötüşməyib. Mütəxəssislər hava şəraitində gözlənilən növbəti kəskin dəyişikliklərin də məhsuldarlığa təsir edə biləcəyini, bunun isə bəzi ərzaq məhsullarında qiymət artımına səbəb olacağını ehtimal edirlər.

Hava amili bahalaşmada nə dərəcədə rol oynayır? Qiymət artımı gözlənilirmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, may ayının sonuna kimi Azərbaycanda fasilələrlə şimşək çaxıb, yağış yağıb və dolu düşüb:

“Əlbəttə, bu cür hava şəraiti bahalaşma ilə müşahidə olunacaq. May Azərbaycanda tərəvəz, meyvə və taxılın böyüdüyü, gücləndiyi dövrə düşür. Məhz bu vaxt düşən dolu bitkinin yarpağını, çiçəyini, cavan meyvəsini məhv edir. Dolu zədəsi görünən meyvə bazar qiymətinə satıla bilmir, çox hissəsi zay olur. Yağıntıların intensivləşməsi isə bağlarda çürümə riskini artırır, xüsusilə üzüm, şaftalı, gavalı, gilas kimi yumşaq meyvələrə ciddi ziyan vurur. Bundan başqa, uzun sürən rütubətli hava bitkilərdə göbələk xəstəliklərinin inkişafına şərait yaradır, fermer əlavə kimyəvi müalicəyə pul xərcləməli olur, bu da maya dəyərini qaldırır”.

İqtisadçı bildirib ki, bahalaşmadan ən çox tərəvəz və tər meyvə qrupu təsirlənir:

“Pomidor, xiyar, bibər, badımcan kimi tərəvəzlər yağışlı havada həm bostanda, həm nəqliyyatda çürüməyə meylli olur. Nəticədə bazara daxil olan miqdar azalır, qiymət isə artır. Gilas, şaftalı, ərik kimi erkən yay meyvələri üçün dolu birbaşa məhvedici hesab olunur. Bir saatlıq dolu bütün bağı bir neçə dəfə döyüb tökə bilir. Taxıl, xüsusilə buğda üçün də may-iyun dövrü kritikdir. Güclü yağışlar sünbüllərin yatmasına, taxılın cücərməsinə səbəb olur.

Dövlət Statistika Komitəsinin son məlumatlarına görə, 2026-cı ilin yanvar-aprel aylarında ölkədə istehlak qiymətləri indeksi bir il əvvəlki eyni dövrə nisbətən 5,6 faiz artıb. Bu orta göstəricidi, ərzaq məhsullarında bu rəqəm azı iki dəfə çoxdu. Yəni artıq ümumi inflyasiya fonu mövcuddur, üstəlik pis hava şəraiti gəlsə, ərzaq qrupunda bu göstərici daha da yüksələ bilər”.

A.Nəsirli qeyd edib ki, hava şəraiti bahalaşmaya təsir göstərən yeganə amili deyil:

“Yanacaq qiyməti, nəqliyyat xərcləri, valyuta kursu, idxal həcmi də bahalaşmaya təsir göstərir. Pis hava şəraitinin qiymət artımındakı payı adətən 20-40 faiz arası olur, qalan hissəni digər iqtisadi amillər formalaşdırır. Əgər eyni anda ixrac da güclü olarsa, yəni həm daxili məhsul azalıb, həm də çox hissəsi xaricə gedirsə, bahalaşma daha kəskin hiss olunur. Qısa müddətdə istehlakçı üçün ən ağrılı seqment meyvə-tərəvəz olacaq. Uzunmüddətli perspektivdə isə payız dövrünə kimi ümumi məhsul balansı aydınlaşacaq və qiymətlər bir qədər sabitləşə bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 İyun 2026 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri