Icma.az
close
up
RU
Hava ilə bağlı əhaliyə xəbərdarlıq: fərqli temperatur gəlir Diqqət

Hava ilə bağlı əhaliyə xəbərdarlıq: fərqli temperatur gəlir Diqqət

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Noyabrın ortasında müşahidə edilən isti hava müəyyən narahatlıq yaradıb. Ən yağışlı aylardan sayılan noyabrda quraqlığın davam etməsi su ehtiyatlarına mənfi təsir göstərir, kənd təsərrüfatı və təbii ekosistemlər üçün riskləri artırır.

Mütəxəssislər bildirirlər ki, davamlı iqlim dəyişiklikləri yalnız təbiətə deyil, insan sağlamlığına da təhlükə yaradır. Bu həftə də Bakıda aprel havasının olacağı proqnozlaşdırılır.

Sözügedən vəziyyətin nə kimi fəsadları ola bilər?

Globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, noyabrın Azərbaycanda havanın isti və quru keçməsi əsasən qlobal iqlim dəyişikliyinin regional təsirləri ilə bağlıdır:

“Normalda bu dövrdə ölkəyə Aralıq dənizi hövzəsindən yağış buludları daxil olmalı idi. Lakin bu il atmosferin ümumi sirkulyasiyası dəyişib, yuxarı təzyiq sahələri uzun müddət bölgə üzərində qalaraq buludlanmanı və yağıntını bloklayıb. Hazırda müşahidə olunan quraqlıq, yəni yağıntının normadan xeyli az olması, temperaturun yüksək qalması və buxarlanmanın artması ilə əlaqədardır. Bu hava tipi dəyişmədikcə yağışın düşməsi çətinləşir və quraqlıq getdikcə dərinləşir”.

Ekoloq qeyd edib ki, bu cür davamlı iqlim dəyişiklikləri bir sıra fəsadlara səbəb ola bilər:

“Su ehtiyatlarının azalması, xüsusilə Kür və Araz hövzəsində səviyyənin enməsi buna misal ola bilər. O cümlədən kənd təsərrüfatında məhsuldarlığın düşməsi, torpağın çatlaması və suvarma yükünün artması kimi hallar yaşana bilər. Bundan başqa, bu cür hal meşə yanğınları riskini də yüksəldir. Şəhərlərdə hava çirklənməsi də normadan artıq olur, çünki yağış olmadıqda toz və zərərli hissəciklər atmosferdə toplanır. Bir sözlə, hazırkı vəziyyət təsadüfi deyil, qlobal istiləşmənin bölgəmizdə özünü daha açıq göstərdiyinin növbəti sübutudur”.

Terapevt Aygün Sayılova bildirib ki, hazırkı hava şəraiti orqanizmin mövsümi adaptasiyasını pozur və xəstəliklərin artmasına zəmin yaradır:

“Temperaturun kəskin dəyişməsi immun sisteminin zəifləməsinə səbəb olur. Noyabrda havanın bu qədər isti keçməsi insan orqanizminin təbii müdafiə mexanizmini çaşdırır. Belə şəraitdə virus və bakteriyalar daha sürətlə yayılır. Xüsusilə qrip, kəskin respirator infeksiyalar, bronxit və allergik reaksiyalarda artım müşahidə edirik. Uzunmüddətli quru hava tənəffüs yollarını qıcıqlandırır, xroniki ağciyər və ürək-damar xəstəlikləri olan şəxslər üçün əlavə risk yaradır.

Bu dövrdə immuniteti gücləndirmək, kütləvi yerlərdə daha diqqətli olmaq və havadan asılı olmayaraq mövsümə uyğun geyinmək vacibdir”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Noyabr 2025 06:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see147

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see139

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri