Icma.az
close
up
RU
Hava ilə bağlı qarşıdakı üç gün bizi nə GÖZLƏYİR?

Hava ilə bağlı qarşıdakı üç gün bizi nə GÖZLƏYİR?

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yaxın üç gün ərzində Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsi müşahidə olunacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, oktyabrın 4-də, 5-də və 6-da ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək: “Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi oktyabrın 5-i gündüz arabir güclənəcək. Havanın maksimal temperaturu 20-25 dərəcə isti olacaq. Bölgələrdə əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 20-25, dağlıq ərazilərdə isə 11-16 dərəcə isti olacaq. Yaxın günlər ərzində hava şəraitində mühüm bir dəyişiklik gözlənilmir”, - deyə o qeyd edib.

G.Məmmədova bildirib ki, yaxın günlərdə müşahidə olunacaq hava şəraiti oktyabr ayı üçün spesifikdir: “Belə istilər əvvəllər də müşahidə edilib, oktyabr ayında isti hava şəraiti mövcud olub. Ümumiyyətlə oktyabr ayı keçid ayıdır. Yay fəslinin sonu, payız fəslinin başlanğıcıdır. Bu zaman hava şəraitində həm isti, həm də soyuq hava şəraiti müşahidə olunur. Ümumiyyətlə oktyabr ayı soyuq hava şəraiti kimi xarakterizə olunur. Buna kəskin istiləşmə demək olmaz, sadəcə temperaturun yüksəlməsi müşahidə olunacaq. Bu gün havanın temperaturu 21 dərəcədirsə, yaxın üç gündə 25 dərəcə olacaq”, - deyə o vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri