Icma.az
close
up
RU
Hava ilə bağlı şok xəbərdarlıq Azərbaycanda 7 il əvvəlki təhlükə təkrarlana bilər

Hava ilə bağlı şok xəbərdarlıq Azərbaycanda 7 il əvvəlki təhlükə təkrarlana bilər

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropanın bir sıra atom elektrik stansiyaları anomal istilər səbəbindən fəaliyyətini dayandırmağa məcbur olub. Azərbaycanda da anomal istilər müşahidə edilir. Bu vəziyyət 2018-ci il Azərbaycanda kütləvi elektrik kəsilməsi – iyulun 2-dən 3-nə keçən gecə Mingəçevirdəki Azərbaycan İstilik Elektrik Stansiyasındakı (İES) partlayışı gündəmə gətirir. O zaman bildirilib ki, havanın temperaturunun artması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb.

Hazırkı istilər bənzər problemə səbəb ola bilərmi? Bunun qarşısını almaq üçün dövlətvətəndaş prizmasında nələr edilməlidir?

Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib ki, oxşar risklər yenə də mövcuddur:

“Yüksək temperatur şəbəkə avadanlıqlarının işinə iki əsas istiqamətdə təsir edə bilər:

Birincisi, əhalinin soyuducu avadanlıqlardan daha çox istifadə etməsi nəticəsində enerji tələbatı kəskin artır, bu da transformatorların və ötürücü xətlərin yüklənməsinə səbəb olur.

İkincisi, yüksək hava temperaturu soyutma sistemlərinin effektivliyini aşağı salır, xüsusilə istilik elektrik stansiyalarında havalandırma gücünün azalmasına yol açır. Bu faktorlar enerji sisteminin dayanıqlığını zəiflədir və 2018-ci ildəki hadisənin təkrarlanma ehtimalını artırır”.


Orxan Musayev

Ekspert qeyd edib ki, təhlükənin qarşısını almaq üçün kompleks və sistemli yanaşma tələb olunur:

“Ölkəmizdəki elektrik şəbəkələri müasir tələblərə uyğundur. Risklər ötən illərlə müqayisədə müəyyən dərəcədə azalmış olsa da, vəziyyət hələ də müəyyən tədbirlərin görülməsini tələb edir. Elektrik şəbəkələrinin yüklənməsi diqqətlə monitorinq edilməli, ehtiyat gücləri vaxtında işə salınmalıdır. Alternativ enerji mənbələri, xüsusilə günəş və külək enerjisi, pik dövrlərdə daha geniş istifadə olunmalıdır. İctimai maarifləndirmə kampaniyaları keçirilməli və vətəndaşlar enerji istifadəsinə daha diqqətli yanaşmağa təşviq edilməlidir.

Nəticə etibarilə, anomal istilər dövründə enerji sisteminin təhlükəsizliyi yalnız texniki məsələ deyil, həm də vətəndaş məsuliyyətini düzgün planlaşdırmaqla əlaqəlidir. 7 il əvvəlki hadisənin təkrarlanmaması üçün hər kəs öz öhdəliklərini yerinə yetirməlidir. Dövlət strukturları, enerji təminatçıları və istehlakçılar arasında koordinasiyalı fəaliyyət bu məsələnin həllində böyük rol oynayır”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Avqust 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri