Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

Hava ilə göndərilən mesaj: ABŞ nin Venesuela siyasətinin yeni tonu

Hava ilə göndərilən mesaj: ABŞ nin Venesuela siyasətinin yeni tonu

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Latın Amerikanın isti küləkləri, Karib dənizinin dalğaları arasında yeni bir diplomatik gərginlik əks-sədası verir.

ABŞ-nin Venesuela sahilləri yaxınlığında “B-1 Lancer” strateji bombardmançılarının uçuşları təkcə hərbi manevr yox, qlobal siyasi arenada səslənən görünməz, lakin təsirli bir xəbərdarlıqdır. Vaşinqton bu hərəkətlə göstərir ki, Latın Amerikası hələ də onun strateji diqqət mərkəzindədir və hər hansı balans pozuntusu dərhal müşahidə olunur.

Uçuşların gərginliyi yalnız Venesuelaya deyil, uzaqda Rusiyaya və Çin kimi regional oyunçulara da ünvanlanmış mesajdır - Latın Amerikası hələ də “strateji həyət bağı”dır və oradakı hadisələr Vaşinqtonun təhlükəsizlik xəritəsində əks-səda doğurur.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, son illər Venesuela Moskva ilə hərbi və enerji sahəsində sıx əməkdaşlıq quraraq ABŞ-ın yaxın coğrafiyasında yeni güc mərkəzi yaratmağa çalışır: 

 “B-1 Lancer” uçuşları bu balansı pozmadan, lakin açıq siqnal verən bir taktiki jestdir. Vaşinqton göstərir ki, Karib hövzəsində nə baş verir-virsin, son söz hələ də onun təhlükəsizlik arxitekturasına məxsusdur. Bu addım həm də daxili auditoriyaya mesajdır - ABŞ administrasiyası regiondakı mövqeyini itirmədiyini göstərmək istəyir. Çünki Latın Amerikası uzun müddət Vaşinqtonun “strateji həyət bağı” kimi qəbul olunub və indi həmin bölgədə Rusiya, Çin və İranın artan təsiri ABŞ üçün ciddi siqnaldır".

Onun sözlərinə görə, Venesuela bu hadisəni təxribat kimi qiymətləndirə bilər, amma fakt budur ki, Vaşinqton bu uçuşlarla “yaxın coğrafiya siyasəti”ni yenidən aktuallaşdırır:

"ABŞ-ın hərbi güc nümayişi həm də sanksiyaların effektivliyini dəstəkləyən psixoloji təzyiq formasıdır. Latın Amerikası ölkələri arasında bu addıma münasibət fərqlidir — bəzi dövlətlər bunu təhlükəsizlik təminatı kimi, digərləri isə regionda gərginliyi artıran faktor kimi görür. Məsələn, Braziliya və Meksika kimi böyük dövlətlər balanslı reaksiya verir, çünki ABŞ ilə münasibətləri iqtisadi asılılıq çərçivəsindədir".

Həmsöhbətimiz əlavə edib ki, beynəlxalq ictimaiyyət üçün isə bu, qlobal güclər arasında yenidən başlayan “soyuq sükunət” mərhələsinin əlamətidir:

"Yəni açıq qarşıdurma yoxdur, amma güc nümayişi daim davam edir. Politoloji mənzərədə bu addım Vaşinqtonun təkcə hərbi deyil, diplomatik “xəritə yeniləməsi” kimi görünür. ABŞ göstərir ki, Yaxın Şərqdə və Avropada gərginlik artsa da, Latın Amerikası onun diqqət mərkəzindən çıxmayıb".

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Oktyabr 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see527

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see255

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see246

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see245

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see233

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see227

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see225

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see211

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see207

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see202

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see182

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see176

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see175

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see173

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see156

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri