Hava limanı itlər üçün sığınacağa çevrildi Foto
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Yeni il ərəfəsində hamının bayram etdiyi, növbəti ilin gəlişini atəşfəşanlıqla keçirdiyi bir zamanda Almaniyanın Paderborn-Lippştadt hava limanı itləri səs-küydən qorumaq üçün maraqlı addım atıb.
“Qafqazinfo” hava limanının sosial şəbəkə hesabına istinadən xəbər verir ki, aeroport 31 dekabr tarixində terminalını itlər üçün sakit sığınacağa çevirib.
Belə ki, əvvəlcədən verilmiş elana əsasən, Yeni il gecəsi terminalda kafelər işləyib, giriş isə pulsuz və qeydiyyatsız olub.
Bu təşəbbüsün məqsədi ilin ən səs-küylü saatlarını atəşfəşanlıq səslərinin eşidilmədiyi bir məkanda keçirmək olub. Təşəbbüsə qoşulan bir çox it sahibi sevimli ev heyvanlarını hava limanına gətirib.
Şirkətlərdən biri isə gecə saatlarını burada keçirən ev heyvanlarına kiçik hədiyyələr paylayıb.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 05 Yanvar 2026 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















