Hava limanına gedən yolda sürət həddi aşağı salınıb
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Zığ şosesi hava limanı istiqamətində avtomobillərin sürət həddi azaldılıb.
XQ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hazırda Zığ şosesi hava limanı istiqamətində yolda aidiyyəti qurum tərəfindən rənglənmə işləri aparılır.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə işlərin aparıldığı əraziyə yaxın məsafədə yerləşən məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edilib.
Belə ki, hərəkət zolaqlarından biri üzrə sürət həddi işlər bitənədək 40 km/saatadək endirilib, digər zolaqlar üzrə isə nəqliyyat vasitələrinin daxil olmaması üçün (əvvəlcədən məlumatlanması məqsədilə) portal qurğularında "X" işarələri aktivləşdirilib.
Sürücülərdən yolun sözügedən hissəsində hərəkət zamanı diqqətli olmaları və sürət həddinə əməl etmələri xahiş olunur.
Baxış sayı:105
Bu xəbər 20 Oktyabr 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















