Hava limanında ABŞ təyyarəsini BALTALADILAR
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
İrlandiya polisi ölkənin qərbindəki Şennon hava limanında ABŞ-a məxsus hərbi-nəqliyyat təyyarəsinə zərər vuran şəxsi saxlayıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə "The Irish Examiner" nəşri məlumat yayıb.
Qeyd edilib ki, şənbə günü həmin şəxs Kler qraflığındakı hava limanının qadağan olunmuş zonasına daxil olub, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus (uzaq dayanacaqda duran) "C-130 Hercules" təyyarəsinin qanadına dırmaşıb və balta ilə təyyarənin füzelyajına bir neçə zərbə endirib. Hadisə səbəbindən hava limanı qısa müddətə reyslərin qəbulunu və yola salınmasını dayandırıb.
Hazırda kişinin motivləri müəyyən edilməyib, o, saxlanılıb. Saxlanılan şəxsin təxminən 40 yaşı var və hazırda nəzarət altındadır. Araşdırma davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 12 Aprel 2026 07:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















