Hava limanında çantasında üzərrik tapılan azərbaycanlılar saxlanılıb
Icma.az bildirir, Azpost portalına istinadən.
Rusiyanın Orenburq hava limanında qadağan olunmuş bitkini qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edən sərnişinlər saxlanılıb.
AzPost bildirir ki, Samara gömrükçüləri sərhəddən keçirilməsi qadağan olunmuş maddələrin siyahısına daxil edilmiş, tərkibində narkotik maddə olan üzərriyin qanunsuz idxalı ilə bağlı dörd fakt qeydə alıb.
Qeyd edildiyi kimi, üzərrik daha çox Azərbaycandan gələn sərnişinlərin baqajında rast gəlinir. Təkcə son aylarda Orenburq hava limanında belə hadisələrin sayı xeyli artıb. Belə ki, bir halda sərnişindən 54,7 qram, digər şəxs isə 221 qramı qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərib. Müəyyən edilmiş bütün faktlar üzrə cinayət işi açılıb.
Saxlanılan şəxslər iddia edirlər ki, “üzərrik” kimi tanınan bu bitkini Bakı bazarlarından müalicə məqsədilə alıblar. Ancaq Rusiyada bu bitkinin dövriyyəsi məhduddur, çünki tərkibində psixoaktiv maddələr var.
Belə pozuntuların qarşısının alınması məqsədilə gömrük əməkdaşları tərəfindən məlumatlandırma kampaniyası aparılıb: Üzərrik idxalına qadağa qoyulması ilə bağlı memorandumlar hazırlanıb, gəliş və gediş zonalarında müvafiq elanlar yerləşdirilib, aviadaşıyıcı ilə qarşılıqlı fəaliyyət təşkil edilib.
Orenburq hava limanının gömrük postunun rəisi Aleksey Kaştanovun verdiyi məlumata görə, qadağa barədə məlumat artıq Bakı hava limanında sərnişinlərə çatdırılır və məlumat lövhələrində yerləşdirilir.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 02 Avqust 2025 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















