Hava limanında fevralın 13 nə olan bütün uçuşlar LƏĞV EDİLDİ
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Belçikanın paytaxtı Brüsselin hava limanında fevralın 13-nə planlaşdırılan bütün reyslər işçilərin tətili səbəbindən ləğv edilib.
Avtosfer.az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Brüssel hava limanından məlumat verilib.
Məlumata görə, 13 fevralda bütün həmkarlar ittifaqlarının birgə çağırışı ilə ölkə miqyasında tətil keçiriləcək, hava limanında çalışan təhlükəsizlik və baqaj işçiləri də bu tətilə qatılacaqlar.
"Sərnişinlərin və personalın təhlükəsizliyini təmin etmək məqsədilə aviaşirkətlərlə məsləhətləşərək həmin gün gediş istiqamətində hər hansı uçuş həyata keçirməməyi qərara aldıq", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Belçikada ölkə miqyasında tətil fevralın 13-də keçiriləcək.
(oxu.az)
Baxış sayı:66
Bu xəbər 11 Fevral 2025 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















