Icma.az
close
up
RU
Hava limanında məlum olur ki, ölkədən çıxışına “stop” qoyulub...”

Hava limanında məlum olur ki, ölkədən çıxışına “stop” qoyulub...”

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İKT üzrə ekspert Osman Gündüz bəzi hallarda ölkədən çıxışa “stop” qoyulmasını öncədən öyrənməyin mümkün olmaması ilə bağlı problemə toxunub. 

Avtosfer.az xəbər verir ki, O.Gündüz barədə sosial şəbəkə hesabında paylaşım edib. 

Ekspert qeyd edib ki, mövcud qanunvericiliyə görə 10-dan çox qurum vətəndaşın ölkədən çıxışına qadağa qoya bilər:

“Yəni vergi borcu olanların, cinayət məsuliyyətinə cəlb edilənlərin, axtarışda olanların və s. ölkədən getmək hüququ bu dövlət qurumlarının qərarı ilə məhdudlaşdırıla bilir. Bunlar Ədliyyə Nazirliyi, DİN, FHN, DVX, Baş Prokurorluq, DSX, DTX, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, DGK, Müdafiə Nazirliyi, Xarici Kəşfiyyat Xidmətidir.

“Stop”​ məsələsi həmişə “incə”​ məsələ olub, diqqət mərkəzində olub və ictimai əhəmiyyət kəsb edib. Xatırlayıram ki, Milli Məclisin İnsan hüquqları komitəsinin ötən il keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında Ombudsmanın 2024-cü il üzrə məruzəsində də “stop”​ məsələsi öz əksini tapmışdı.

Məruzədə bildirilirdi ki, ölkədən çıxışına məhdudiyyət qoyulduğu bəzi hallarda həmin şəxs bu barədə məlumatlı olmur. Belə olduqda şəxs onun barəsində məhdudiyyətin tətbiq edilməsinə dair məlumatı şəxsiyyət vəsiqəsini (ümumvətəndaş pasportunu) dəyişdirdikdə və ya sərhədi keçdikdə əldə etmiş olur.

Bununla da onun hüquqları məhdudlaşdırılmış olurdu. Amma hələ də bu problem öz həllini tapmayıb. Bu tip məlumatları adətən öncədən əldə etmək çox çətin olur. Kimsə xaricə getmək üçün hava limanına və ya hansısa sərhəd buraxılış məntəqəsinə yaxınlaşanda məlum olur ki, onun ölkədən çıxışına “stop”​ qoyulub.

Yalnız spesifik bir-iki məqamla bağlı “stop”​ məsələsi haqqında öncədən məlumatı öyrənmək mümkündür. DİN və Ədliyyə Nazirliyi bununla bağlı faydalı rəqəmsal imkanlar yaradıblar. DİN-in “e-polis”​ mobil tətbiqində “axtarışda olan borclu fiziki şəxslər və cavabdehlər” haqqında məlumatları, Ədliyyə Nazirliyin e-xidmətlər bölməsindən də “borclunun ölkədən getməsinin müvəqqəti olaraq məhdudlaşdırılması” haqqında məlumatı anında əldə etmək olar.

Digər hallarda tətbiq edilən “stop”​ qadağası haqqında məlumatı qabaqcadan elektron formada əldə etmək mümkün deyil. Yəni, tutaq ki, DGK, yaxun FHN -in hansısa vətəndaşa tətbiq etdiyi “stop”​ qadağasını öncədən öyrənmək imkanları yoxdur”.

O. Gündüzün sözlərinə görə,  “myGov” portalı üzərindən də belə bir ictimai əhəmiyyət kəsb edən məlumatın əldə edilməsi imkanlarının yaradılması məntiqli və doğru olardı: “Öncə İRİA əlaqəli qurumlarla, Ədliyyə Nazirliyi və DİN ilə birlikdə vətəndaşın artıq rəqəmsal formada olan mövcud “stop”​ məlumatlarını “myGov”dakı şəxsi kabinetinə inteqrasiya etməsi faydalı olardı.

Eyni zamanda, İRİA “stop”​ qoymaq səlahiyyəti olan digər əlaqəli qurumlarla birlikdə bu məlumatların da “myGov”dan əldə edilməsi imkanlarını nəzərdən keçirməsi doğru olardı.

Adətən, “stop”​ qadağası İAMAS sistemi vasitəsilə reallaşdırılır. Yaxşı olardı ki İRİA əlaqəli qurumlarla birlikdə bu tip məlumatların dərhal “myGov”a yönləndirilməsi ilə bağlı qanunvericiliyə təkliflər hazırlasın. Əlbəttə, bəzi hallarda öncədən belə bir məlumatın verilməsi məntiqli olmaya bilər. Amma istənilən halda vətəndaşa hava limanında bu məlumat verilirsə, bu məlumatı elə onun “myGov”dakı şəxsi kabinetinə də öncədən göndərmək olardı.

Ümid edirəm İRİA və digər əlaqəli qurumlar “stop”​ qadağasının öncədən öyrənilməsi imkanlarını daha effekiv qura biləcəklər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 07 Aprel 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri