Icma.az
close
up
RU
Hava limanında parkinqə etiraz

Hava limanında parkinqə etiraz

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Heydər Əliyev Beynəlxalq Hava Limanında fəaliyyət göstərən avtodayanacaq xidmətləri ilə bağlı vətəndaşlar narazılıq bildirirlər.

AzPost xəbər verir ki, sərnişinlər parkinq ödənişlərinin yüksək olması və hesablanma qaydasının qeyri-şəffaf görünməsindən şikayət edirlər.

Şikayətçi Arzuman Hacıyev bildirib ki, avqustun otuz birində axşam saatlarında maşınını parkinqdə saxlayaraq Naxçıvana uçub. Onun sözlərinə görə, sentyabrın ikisinə keçən gecə, yəni təxminən qırx səkkiz saatdan bir qədər çox müddətdən sonra parkinq xidmətindən istifadəni başa vurub.

Hacıyev qeyd edib ki, iki sutkalıq dayanma üçün ödəniş otuz manat təşkil edib. Lakin üç sutkaya keçid edən kimi sistemin avtomatik olaraq əlavə on beş manat hesablaması narazılığa səbəb olub. Onun fikrincə, bu cür yanaşma sərnişinlər üçün ədalətsiz görünür: “İki günə otuz manat başa düşüləndir, amma üç sutkaya tam çatmadan əlavə on beş manat tələb etmək düzgün deyil”.

Vətəndaş hesab edir ki, bu praktika sərnişinləri əlavə xərclərə məcbur edir: “Təkcə parkinq üçün qırx beş manat ödədim, halbuki Naxçıvana biletin qiyməti altmış manatdır. Bu, artıq soyğunçuluq təsiri bağışlayır”.

Qeyd edək ki, hazırda hava limanının parkinq tarifləri bir sutka üçün on beş manat olaraq tətbiq edilir. Lakin sürücülər hesab edir ki, parkinq xidmətlərində ödəniş sistemi daha çevik və ədalətli mexanizmlə tənzimlənməlidir.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azpost.info
archiveBu xəbər 03 Sentyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 iyun dünyanı dəyişə bilər ŞƏRH

17 İyun 2026 18:55see355

Trampın “böyük razılaşması”: İranla münasibətlərdə yeni səhifə açılır?

17 İyun 2026 16:23see311

Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib

17 İyun 2026 19:24see244

Abdul Hüseynov: “Tarixi binaların sökülməsinə qərar verən şəxslər səlahiyyətlərindən yəqin düzgün istifadə edərlər”

17 İyun 2026 20:23see234

ABŞ İranı niyə məğlub edə bilmədi? ŞOK HƏQİQƏT

17 İyun 2026 14:46see203

Dünya çempionatı: Norveç qələbə qazanıb

17 İyun 2026 04:21see186

İngiltərə DÇ ya möhtəşəm başladı YENİLƏNİB

18 İyun 2026 02:01see186

Neft emalı zavodlarına edilən hücumlar “kömək etdi”...

17 İyun 2026 19:43see178

Maskdan 60 milyard dollarlıq plan

17 İyun 2026 03:52see169

2023 cü ildə bizə zəng vurdular ki, eviniz hazırdır Sakin şirkət tərəfindən aldadıldığını İDDİA ETDİ

17 İyun 2026 22:09see169

Diddi həbsdən nə vaxt çıxacaq? Tarix açıqlandı

18 İyun 2026 02:32see167

Azərbaycanda pensiya ilə bağlı mühüm qərar: 12 gün sonra… RƏSMİ

18 İyun 2026 06:24see167

Bişirməzdən əvvəl hansı qidalar yuyulmamalıdır?

18 İyun 2026 00:13see167

Hilalın altında Bakı... Foto

18 İyun 2026 00:18see166

“ABŞ ordusu bir müddət Körfəzdə qalacaq”

18 İyun 2026 03:01see161

Keyn matçın ən yaxşı oyunçusu seçildi Linekerə çatdı

18 İyun 2026 02:23see154

Azərbaycanda kraudfandinq fəaliyyəti tənzimlənəcək

17 İyun 2026 14:50see154

Tramp və Pezeşkian ABŞ İran sazişinin nüsxəsini imzalayıblar

18 İyun 2026 05:01see151

Azərbaycanlı idmançı bürünc medal qazandı

17 İyun 2026 09:29see147

Zlatan İbrahimoviç Kriştiano Ronaldonu tənqid etdi

18 İyun 2026 06:00see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri