Hava limanında sərnişinin baqajında insan qalıqları tapıldı
Icma.az, Lent az saytına istinadən bildirir.
ABŞ-ın Florida ştatında yerləşən Tampa beynəlxalq hava limanında sərnişin insan qalıqlarını ölkəyə keçirməyə cəhd edərkən saxlanılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, gömrük xidməti əməkdaşları kişinin baqajında folqaya bükülmüş bir bağlama aşkar ediblər. Onun içərisində insan kəlləsi və bir neçə sümük olub.
Saxlanılan şəxs qalıqların ona dini ayin keçirmək üçün lazım olduğunu bildirib. Sümüklərin yanında həmçinin sərhəddən keçirilməsi qadağan olunan bitkilər də tapılıb. Gömrükçülər insan qalıqlarının insanların sağlamlığı üçün təhlükə yarada biləcəyini nəzərə alaraq onların məhv edilməsinə qərar veriblər.
Hüquq-mühafizə orqanları götürülmüş sümüklərin həqiqiliyini müəyyənləşdirmək və onların hansı şəraitdə əldə edildiyini öyrənmək üçün yoxlama aparır. İstintaq davam edir və qaydanı pozan şəxs barəsində cinayət işi açılıb-açılmayacağı məsələsi araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 20 Sentyabr 2025 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















