Icma.az
close
up
RU
Hava limanında taksi tarifləri araşdırıldı: Qiymətlər dəyişəcəkmi?

Hava limanında taksi tarifləri araşdırıldı: Qiymətlər dəyişəcəkmi?

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Sentyabrın 10-dan etibarən hava limanından şəhərin mərkəzinə hərəkət edən taksilərdə ciddi qiymət artımları müşahidə olunur. Bu barədə həm sosial şəbəkə platformalarında, həm də yerli mətbuatda məlumatlar görürük. Ötən gün isə yayılan məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları hava limanında monitorinq aparıblar. Monitorinqdə 10 sentyabr 2025-ci ildən taksi xidmətində tətbiq edilən xüsusi tarif siyasətinin bərabərlik hüququnun təmininə təsiri araşdırılıb. Müəyyən olunub ki, yeni qaydalar qiymətlərin süni şəkildə artırılmasına, sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılmasına, lisenziyalı taksi xidməti göstərən şəxslər üçün bərabər imkanların yaradılmamasına, sürücülərin iqtisadi itkilərə məruz qalmasına və sosial narazılıqların yaranmasına səbəb olur. Qeyd edilib ki, tətbiq edilən tarif siyasəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə (Bərabərlik hüququ) və 59-cu maddəsinə (Azad sahibkarlıq hüququ), eləcə də Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir.

Bəs bundan sonra hava limanında taksi qiymətləri dəyişəcəkmi, tariflər necə müəyyən olunacaq?

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov News24.az-a açıqlamasında bildirib ki, dünyanın bir çox ölkələrində oxşar model uzun illərdir tətbiq edilir:

“Bir sıra Asiya və Avropa ölkələrində hava limanlarının özlərinə məxsus taksi xidməti olur. Bəzi hava limanları isə müəyyən partnyor şirkətlərlə əməkdaşlıq edir və yalnız onların fəaliyyətinə icazə verir. Elələri də var ki, yalnız özlərinə məxsus taksilər işləyir. Başqa hava limanlarında əməkdaşlıq edilən şirkətlər fəaliyyət göstərir. Bakı modeli də bu yanaşmaya bənzəyir – yəni hava limanının qoyduğu şərtləri qəbul edən şirkətlər işləyə bilər”.

Qiymət məsələsinə toxunan ekspert əlavə edib ki, taksi tarifləri sabit deyil və bir sıra amillərdən asılı olaraq dəyişir:

“Tələb az olduqda qiymətlər enir, çox olduqda artır. Havanın və iqlimin də təsiri nəzərə alınır. Məsələn, qarlı və ya yağışlı günlərdə taksi qiymətləri yüksələ bilər. Yol şəraiti və nəqliyyat sıxlığı da tariflərə təsir edən amillərdəndir. Sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün hava limanının bu cür addımlar atması həm xidmətin keyfiyyətini yüksəltmək, həm də xaotik vəziyyətin qarşısını almaq məqsədi daşıyır”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirilib ki, taksi minik avtomobilləri ilə daşımaların qiyməti tələb və təklif əsasında formalaşır:

“Hazırda qiymətlər fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində müəyyən olunur”.

Aqil Qarayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 Sentyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri