Hava limanlarında “Çamadanım hara getdi?” qorxusuna son: “Google” və IATA dan inqilabi qərar
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Səyahət edənlərin ən böyük kabusu olan "baqajın itməsi" problemi rəsmən tarixə qovuşur. Avtosfer.az Resorting.aAz-a istinadən xəbər verir ki, 2026-cı ilin əvvəlindən etibarən aviasiya dünyasında tətbiq edilən "Ağıllı Baqaj" (Smart Luggage) sistemi və yeni beynəlxalq standartlar sayəsində artıq çamadanınızın yerini mobil telefonunuzdan saniyə-saniyə izləyə biləcəksiniz.
Proses necə olacaq?
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən tətbiq edilən "Qətnamə 753" artıq bütün hava yollarından tələb edir ki, baqajın hər bir hərəkəti (qeydiyyat, təyyarəyə yüklənmə, transfer və çatdırılma) rəqəmsal olaraq qeydə alınsın. Bu, o deməkdir ki, çamadanınız "qaranlıq dəhlizlərdə" yox olmayacaq, onunla bağlı hər bir detal məlumat bazasına düşəcək.
Azərbaycanlı səyyahlar üçün nə dəyişir?
Artıq hava limanında saatlarla baqaj növbəsində gözləmək və ya itmiş çamadan üçün ərizə yazmaq dövrü bitir:
GPS və RFID dəstəyi: Yeni nəsil çamadanlar daxili GPS ilə təchiz olunub. "WorldTracer" sistemi vasitəsilə çamadanınız başqa ölkəyə getsə belə, yerini anında müəyyən etmək mümkündür.
Real vaxt rejimində izləmə: Təyyarədə əyləşərkən telefonunuza "Baqajınız uğurla yükləndi" bildirişi gələcək.
Hava yolları ilə məlumat paylaşımı: Əgər baqajınız gecikərsə, siz çamadanınızın yerini (məsələn, Apple AirTag və ya daxili sistemlə) aviaşirkətin işçiləri ilə paylaşıb onun sürətli tapılmasını təmin edə bilərsiniz.
Təhlükəsizlik və Batareya qaydalarına DİQQƏT!
Ağıllı çamadan alarkən bir məqama diqqət yetirməlisiniz: Təhlükəsizlik qaydalarına görə, daxili batareyası çıxarıla bilməyən bəzi "smart" modellərə uçuş qadağası qoyula bilər. Ekspertlər səyyahlara batareyası sökülə bilən və ya yalnız izləmə çipi olan modellərə üstünlük verməyi tövsiyə edir.
Oxunub 16
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 24 Yanvar 2026 23:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















