Icma.az
close
up
RU
Hava proqnozları daha dəqiq olacaq: Sənaye inqilab astanasındadır

Hava proqnozları daha dəqiq olacaq: Sənaye inqilab astanasındadır

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dəqiq hava proqnozlarının hazırlanması tezliklə daha asan, daha sürətli və daha ucuz olacaq. 

Qaynarinfo "The Guardian"a istinadən xəbər verir ki, bu, bu sahədə süni intellekt texnologiyalarının tətbiqi sayəsində mümkün olacaq.

Bu gün hava proqnozları kompleks addımlar toplusu vasitəsilə yaradılır, onların hər biri bir neçə saat çəkir və xüsusi hazırlanmış superkompüterlərdən istifadəni və onların işlənib hazırlanması, saxlanılması və yerləşdirilməsi üçün böyük ekspert qruplarının iştirakını tələb edir.

Lakin tezliklə bu işi adi kompüterlə tək bir sinoptik yerinə yetirə biləcək. Süni intellekt işin texniki hissəsini onlarla dəfə tez yerinə yetirə və mövcud sistemlərdən minlərlə dəfə az hesablama gücündən istifadə edə biləcək.

"Aardvark Weather" layihəsi proqnozlar verə bilməsi üçün dünyanın hər yerindən meteoroloji stansiyalar, peyklər, hava şarları, gəmilər və təyyarələrdən alınan xam məlumatlar üzrə süni intellekt öyrətmək məqsədi daşıyır. Beynəlxalq alimlər qrupunun üzərində işlədiyi layihənin təfərrüatları "Nature” jurnalında dərc olunub.

Kembric Universitetinin (Britaniya) maşın öyrənməsi professoru Riçard Turner bildirib ki, yeni yanaşma konkret sənayelər və ya yerlər üçün fərdiləşdirilmiş proqnozları tez bir zamanda təmin etmək üçün istifadə edilə bilər. Məsələn, o, Afrika ferması üçün temperaturu və ya külək enerjisi üzrə ixtisaslaşmış Avropa şirkəti üçün küləyin sürətini proqnozlaşdırmaq üçün istifadə edilə bilər.

Turnerin fikrincə, model sonda indiki beş günlük proqnozlarla müqayisədə dəqiq səkkiz günlük proqnozlar, həmçinin hiperlokallaşdırılmış proqnozlar hazırlaya biləcək.

Alan Turing İnstitutunun (Böyük Britaniya) ətraf mühit və davamlılıq üzrə elm və innovasiyalar üzrə direktoru Dr. Skott Hoskinq deyib ki, irəliləyiş "proqnozlaşdırmanı demokratikləşdirə bilər" və güclü texnologiyaları dünyanın inkişaf etməkdə olan ölkələri üçün əlçatan edə bilər.

"Aardvark Weather" texnologiya nəhəngləri "Huawei", "Google" və "Microsoft"un son araşdırmalarına əsaslanır. Tədqiqatçılar bildiriblər ki, mövcud sistemlər tərəfindən tələb olunan giriş məlumatlarının yalnız 10%-ni istifadə etməklə, "Aardvark Weather" artıq müəyyən aspektlərdə ABŞ-ın milli hava proqnozu sistemini üstələyə bilər.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Mart 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri