Hava proqnozu açıqlandı: temperatur 31 dərəcəyə qalxacaq
Dogru.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mayın 26-da ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.
Bu barədə Doğru.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Gecə saatlarında havanın temperaturu 17-19°, gündüz isə 23-28° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 50-60 faiz təşkil edəcək.
Rayonlarda da hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Gecə və səhər saatlarında dağlıq ərazilərdə arabir duman müşahidə edilə bilər. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19°, gündüz 26-31° isti, dağlıq rayonlarda isə gecə 5-10°, gündüz 15-20° isti olacaq.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 25 May 2025 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















