Hava şəraiti ilə əlaqədar iki universitetdə dərslər onlayn keçirilir
Yenicag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkə ərazisində keçən qeyri-sabit hava şəraiti ilə əlaqədar Xəzər Universiteti və ADA Universitetində onlayn dərslər təşkil edilib.
Yenicag.az xəbər verir ki, ADA Universitetindən Oxu.az-a təhsil müəssisəsinin kampusunun açıq olsa da, hava şəraiti ilə əlaqədar əməkdaşların evdən işləməsinə, dərslərin isə onlayn formatda keçirilməsinə icazə verildiyi bildirilib. Lakin tələbələrin kampusa gəlməsi ilə bağlı heç bir qadağa və ya məhdudiyyət tətbiq edilmir.
Xəzər Universitetindən verilən məlumata görə, bu gün hava şəraiti nəzərə alınaraq dərslərin həm onlayn, həm də əyani formada keçirilməsi təşkil edilib. Sözügedən situasiyanın yalnız bu gün üçün keçərli olduğu qeyd olunub.
Azərbaycan Universitetindən cavab olaraq bildirilib ki, dərslər əyani formada keçirilir, davamiyyət yaxşıdır. Hava şəraiti nəzərə alınaraq gecikən tələbələr də dərsə qəbul ediliblər, lakin axşam növbəsinin dərsləri başqa gün əvəzlənmək şərti ilə ləğv olunub.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 21 Fevral 2025 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















