Icma.az
close
up
RU
Hava şəraiti imkan vermir ki, bu işlər vaxtında həyata keçirilsin

Hava şəraiti imkan vermir ki, bu işlər vaxtında həyata keçirilsin

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Havadakı qəfil dəyişikliklər və kəskin temperatur fərqləri Azərbaycanın kənd təsərrüfatı sektorunu çətin sınaqla üz-üzə qoyub. Normadan artıq yağıntılar məhsuldarlığın aşağı düşməsinə səbəb olmaqla yanaşı, bazarda bir çox ərzaq məhsulunun qiymətinə də birbaşa təsir edir. Xüsusilə mövsümi tərəvəz və meyvələrdə bu təsir daha tez hiss olunur.
Kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov Demokrat.az-a açıqlamasında deyib ki, yağışların yağması və havaların kəskin dəyişməsi kənd təsərrüfatındakı proseslərə ciddi təsir göstərir:
“Aqrotexniki xidmətlərin göstərilməsi ləngiyir, çünki hava şəraiti imkan vermir ki, bu işlər vaxtında həyata keçirilsin. Yağmurlu hava göbələk və şirə xəstəliklərinin artmasına səbəb olur. Havadakı və yağışdan sonra yaranan rütubət bu xəstəlikləri daha da gücləndirir. Meyvə ağaclarında yarpaqqıvrılması və digər xəstəliklər müşahidə olunur. Bu isə fermerləri əlavə dərmanlama və gübrələmə işləri aparmağa məcbur edir. Bütün bu xərclər məhsulun maya dəyərinə əlavə olunur və məhsuldarlığa ciddi təsir göstərir. Bəzi ağaclar çiçəkləmə dövrünə düşsə də, mayalanma prosesi düzgün getməyib. Bu amillər həm məhsuldarlığı azaldır, həm də əlavə xərclərin artmasına səbəb olur”. 
O bildirib ki, nəticədə meyvələrin qiymətinin artması başadüşüləndir:
“İstixana şəraitində yetişdirilən meyvə və tərəvəzlərin qiymətləri də yüksək olaraq qalır. Bunun səbəbi hava şəraiti ilə bağlıdır. Hazırda istixanalarda hələ də yanacaqdan istifadə olunur. Hava sərin olduqda məhsuldarlıq aşağı düşür. Bu da qiymətə birbaşa təsir edir. Ona görə də bazarlarda qiymətlər hələ yüksəkdir. Havalar yaxşılaşdıqca qiymətlərin tədricən tənzimlənəcəyi gözlənilir”.
Qeyd edək ki, ən çox bahalaşma ehtimalı olan məhsullar sırasında ərik, alça, şaftalı və gilas kimi meyvələr yer alır. Bununla yanaşı, açıq sahədə yetişdirilən pomidor, xiyar və bibər kimi tərəvəzlərin də qiymətində artım müşahidə oluna bilər. Kartof və soğan kimi əsas ərzaq məhsullarında isə artım daha məhdud olsa da, tam istisna edilmir. Ümumilikdə, rütubətə həssas və mövsümi məhsulların qiymətində artım ehtimalı daha yüksəkdir.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Aprel 2026 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri