Icma.az
close
up
RU
Hava şəraiti qatarların hərəkətinə təsir göstərən birinci amildir MÜSAHİBƏ

Hava şəraiti qatarların hərəkətinə təsir göstərən birinci amildir MÜSAHİBƏ

Icma.az, Sia Az saytına istinadən bildirir.

Azərbaycan Dəmir Yolları QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi, ADY-nin media məsələləri üzrə məsul əməkdaşı Bəxtiyar Hacıyevin SİA-ya müsahibəsini təqdim edirik:

- Azərbaycan Dəmir Yolları son illər çox effektli işlər görür, yeniliklər var. Bizi daha hansı yeniliklər gözləyir, gələcəkdə hansı layihələr var?

- Sərnişindaşıma istiqamətində Azərbaycan Dəmir Yollarının ilk prioriteti təbii ki, sərnişindaşıma xidmətlərinin təkmilləşdirilməsi, sərnişin məmnuniyyətinin artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsidir. Sərnişin nöqteyi-nəzərindən baxanda pandemiyadan öncə mövcud olmuş marşrutların bərpasıdır. 2023-cü ildən etibarən bu marşrutların bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir. 2023-cü ildə Bakı-Gəncə marşrutunun Ağstafaya qədər uzadılması, hətta 2023-cü ildə Azərbaycan Dəmir Yolları tarixində ilk dəfə olaraq Qəbələyə qatarların istifadəyə verilməsi, dəmir yolu xəttinin çəkilməsi, 2024-cü ildə tələbatdan asılı olaraq stansiyalara yeni dayanacaqlar verilməsi, əlavə olaraq bu ilin əvvəlində Balakənə qatarların fəaliyyətini bərpa etdik. Bu istiqamətdə işlər gedir. Eyni zamanda da Abşeron Dairəvi Dəmir Yol marşrutu üzrə qrafiklərdə dəyişikliklər oldu. Bu da sərnişinlərin müraciətlərinə əsasən edildi. Təbii ki, rəqəmsallaşma günün tələbidir. Bu layihələr var və davam edir. İlk növbədə ADY mobil tətbiqindən danışa bilərəm ki, 2023-cü ildə artıq istifadəyə verildi. Bu gün artıq 200 iyirmi mindən artıq istifadəçisi var. Eyni zamanda bank kartları ilə gediş haqqına icazə verilir. Rəqəmsal layihələr bunlarla bitmir. Həm də yükdaşıma sahəsində var. Azərbaycan Dəmir Yollarının tarixən ilk missiyası yükdaşıma olub. Qısa müddətdə tələbat artdıqca sərnişindaşıma ikinci bir xidmət istiqamətinə çevrilib. Yükdaşımada da nailiyyətlər var. Beynəlxalq dəhlizlərlə bağlı çox vacib işlər görülür. Yeniliklər çoxdur.

- Qatarların sayı artırılsa da, yenə sıxlıq yaşanır. İnsanlar qapılar önündə sırada dayanır, kim birinci mindi prinsipi ortaya çıxır. Qatarların qrafik sayı azaldıla bilər?

- Bütün dünyada, dünyanın aparıcı şəhərlərində, xüsusilə həmin şəhər mərkəz və əhalisi çoxdursa, pik saatlarda sıxlıq olması təbii hala çevrilib. Bakı böyüyür, nəinki ölkəmizin, regionun həm də iqtisadi mərkəzidir. Pik saatlarda sıxlıq olması əslində qeyri-adi görünməməlidir. İkinci məsələ odur ki, Bakıya təkcə Sumqayıt, Xırdalan, Masazır istiqamətindən gün ərzində 300 min insan gedib gəlir. Bu, təkcə bir istiqamətdir və çox böyük axındır. AYNA və ADY-nin burada məqsədi eynidir. Sərnişinləri rahat, təhlükəsiz, maneəsiz mənzil başına çatdırmaq hər ikisinin məqsədidir. Mənə elə gəlir ki, maneə ilə qarşılaşmayan elektrik qatarları da, zolaqların sayəsində maneəsiz hərəkət edən avtobuslar da çox böyük xidmət göstərir. Aprelin 1-dən Abşeron dairəvi marşrutu üzrə optimallaşdırma həyata keçirilib. Burada məqsəd pik saatlarda sərnişin sıxlığının nisbətən tənzimlənməsinə nail olmaqdır. Təbii ki, müraciətlər də var idi. Bu qrafik üzrə ilk dəfə həftəlik üç qrafik təyin olunub: iş günü, şənbə və bazar. Bundan əvvəl iş günü və qeyri-iş günü idi. Bu da ondan irəli gəlir ki, müşahidələr göstərir ki, şənbə günləri qatarlardan istifadə edənlərin sayı daha çoxdur, nəinki bazar günləri. Ona görə də, şənbə günləri qrafikin sayını artırırıq. Artıq şənbə və bazar günlərinin qrafiki ayrıdır. İş günləri reyslərin sayı 66-dan 92-yə çatdırılıb. Bu da kifayət qədər böyük rəqəmdir. Ən çox şikayətlər Bakı-Xırdalan-Sumqayıt-Bakı istiqamətindən gəlir. Burada reyslərin sayı 24-dən 36-ya çatdırılıb. Əvvəl ekspres qatarı yalnız Sumqayıtda dayanırdı, indi isə Xırdalan və Biləcəridə də saxlayır. Xırdalan camaatı bu qatardan da istifadə edir. Əvvəlki qrafikdə Sumqayıt-Xırdalan-Bakı istiqamətində 5 reys həyata keçirilirdisə, artıq 9 reysə çatıb. Xırdalan və Biləcəri sakinləri bu istiqamətdə qatardan ən az istifadə edən sakinlərdir. Axını nəzərə alaraq nə qədər çox qatar versək, o qədər çox sərnişin daşıya bilərik.

- Yağışlı, qarlı havalarda qatarların mütəmadi gecikməsi nə ilə əlaqədardır?

- Hava şəraiti qatarların hərəkətinə təsir göstərən birinci amildir. Hətta yüksək temperatur belə reyslərin deformasiyaya uğramasına səbəb olur. Bu yollar Azərbaycan Dəmir Yolları əməkdaşları, infrastruktur diaqnostika komitəsi tərəfindən yoxlanılır, nasazlıq aşkar edildikcə aradan qaldırılır. Əslində hava şəraiti ilə əlaqədar çox da gecikmə olmur. Qrafikdən qismən kənara çıxma halları olur. İkincisi, əgər qatarın sürət həddi təhlükə yaradırsa, maşinist təlimata uyğun olaraq sürəti endirir. Güclü yağış, külək, duman da təsir göstərə bilir. Sürət həddi enəndə də son nöqtəyə 5-10 dəqiqə gec çatması müşahidə olunur. Belə hava şəraitində ilk məqsəd sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılmasıdır. Bu, təlimatdır. Maşinist də bu təlimata əməl etməyə borcludur. Çünki böyük məsuliyyətdir, çoxlu sayda sərnişin daşıyır. Ona görə də, sərnişinin narazılığını nəzərə almamalıdır. Yəni birinci növbədə təhlükəsizlik nəzərə alınmalıdır. Sərnişinlər qatarla səyahəti daha üstün tuturlar. Çünki səyahəti proqnozlaşdıra bilirlər. Qatarla səyahət edəndə bilirsən ki, bu saatda çıxıb filan saatda çatacaqsan. Hava şəraiti isə həmişə pis olmur.

- Sumqayıt sərnişindaşıma stansiyasının parking yerlərində acınacaqlı vəziyyət hökm sürür. Bəzən vətəndaşlar avtomobillərini düz dəmiryol vağzalının önündə saxlayaraq çıxıb gedirlər və buna da nəzarət olunmur. İdarə əməkdaşları sanki kabinetdən çölə çıxmaq istəmirlər. Ərazi boş olaraq qalır.

- Sumqayıtda pik saatlarda böyük axın olur. Səhər saatlarında insanlar gəlib şəxsi maşınlarını parking yerlərində saxlayırlar. Axşama qədər avtomobillər orada 9-10 saat dayanır. Bu da digər saatlarda hərəkət iştirakçılarının hərəkətinə mane olur. Bunlar bir az fərdi məsələlərdir. Nəzarəti bacardığımız qədər edirik. Təbii ki, nəzərimizdədir, ən uyğun yolla həyata keçiriləcək. Bu problem Bakı Dəmir Yol vağzalında yoxdur. Bundan əvvəl isə qanunsuz dayanacaq meydançasına çevrilmişdi. Nəticə olaraq sərnişinləri yola salanlar bilmirdilər ki, avtomobili harada saxlasınlar.

- Bakı-Qazax, Bakı-Tbilisi-Qars istiqamətində qatarlar nə zaman fəaliyyətə başlayacaq?

- Bu işlər mərhələli şəkildə həyata keçirilir. Birinci növbədə yol təmir olunmalıdır. Qatar parkına uyğun olaraq qatar varsa, o istiqamətdə sərnişindaşıma bərpa olunur. Təkcə bununla bitmir, araşdırılır, əməkdaşlar tərəfindən analiz olunur ki, həmin istiqamətdə tələbat varmı. Əgər qatar bir istiqamətdə boş gedib-gələcəksə, bunlar da nəzərə alınır. Mərhələli şəkildə pandemiyadan öncəki marşrutlar bərpa olunacaq. Bakı-Tbilisi qatarına gəldikdə isə bilirsiniz ki, 2020-ci ildən xüsusi karantin rejimi tətbiq olunur, bu gün də davam edir. Qatarın fəaliyyətinin dayandırılması məhz sərhədlərin bağlı olması ilə bağlıdır. Gələcəkdə hər hansı yenilik olarsa, Bakı-Tiflis qatarının fəaliyyətinin bərpası mümkündür. Hazırda Qars istiqamətində hərəkət işləkdir, ancaq yükdaşımalar üçündür. Bu artıq sonrakı mərhələnin işidir. İlkin məqsəd də yükdaşıma idi. Cənab Prezidentin təşəbbüsü ilə bu layihə ərsəyə gəldi. 2023-cü ilin may ayından 2024-cü ilin may ayına qədər modernləşmə işləri aparılandan sonra yenidən yükdaşıma bu istiqamətdə bərpa olundu. Yəqin ki, növbəti illərdə yeni xəbərləri görərik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Aprel 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri