Icma.az
close
up
RU
Havalandırma sistemləri xəstəlik yaya bilərmi?

Havalandırma sistemləri xəstəlik yaya bilərmi?

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illər xərçəngin yayılmasının ən mühim səbəblərindən biri kimi ofislərin havalandırma sistemi göstərilir. Böyük otellərdə, supermarketlərdə və qapalı ofislərdə işləyənlər daha çox risk altındadır. Diabet xəstələri, alkoqoliklər, yaşlılar və körpələr, kimyaterapiya alanlar, böyrək çatışmazlığı və xroniki ağciyər xəstəlikləri olan insanlar üçün süni havalandırma sistemi işləyən məkanlarda işləmək həyati risk daşıyır.

Əslində, havalandırma sistemləri zərərli deyil; əksinə, düzgün dizayn edildikdə və saxlandıqda, daxili havanın keyfiyyətini yaxşılaşdırır. Bununla belə, qeyri-kafi ventilyasiya kif, toz, allergen və zərərli kimyəvi maddələrin yığılmasına, astma, allergiya və tənəffüs xəstəliklərinə səbəb ola bilər.

Havalandırma yaşayış, iş yerlərimizin rahatlığı və rifahında mühüm rol oynayır. Qeyri-adekvat və ya zəif havalandırma sistemi təkcə həyat keyfiyyətimizi aşağı salmır, həm də ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Ventilyasiyada keyfiyyətli hava sirkulyasiyasını təmin edən şərtlərə diqqət etmək lazımdır. Qeyri-adekvat ventilyasiya çirkli havanın içəridə yığılmasına gətirib çıxarır. Bu, tənəffüs yolu xəstəlikləri, allergiya və astma kimi problemlərə səbəb ola bilər. Toz, polen və kif kimi allergenlərin üstünlük təşkil etdiyi ərazilərdə keyfiyyətli havalandırma sistemləri xüsusilə vacibdir.

Düzgün qurulmayan havalandırma sistemi olan daxili məkanlarda karbon qazının yığılması qaçılmazdır. Bu, baş ağrısı, yorğunluq, konsentrasiyada çətinlik kimi problemlərə səbəb ola bilər.Qeyri-adekvat hava axını rütubətin artmasına və kifin böyüməsinə səbəb olur.

Normal qurulmuş ventilyasiya sistemləri ofislərin, dükan və mağazaların, ümumiyyətlə bütün qapalı məkanların havasını təmizləməklə yanaşı həm də işçilərin sağlamlığını qorumuş olur. Çünki qapalı məkanlarda istifadə edilən təmizlik məhsulları, boya və mebel kimi əşyalar zamanla özündən kimyəvi maddələr buraxır. Bu maddələr zəif havalandırma səbəbindən qapalı məkanda yığılır və xroniki sağlamlıq problemlərinə səbəb ola bilər.

Qapalı yerlərdə işləyən insanlar havadakı yad və zərərli cisimlərə daha çox məruz qalırlar. Xüsusilə ventilyasiyasının zəif olduğu ofislərdə uzun müddət işləmək astma, KOAH, koronar ürək xəstəliyi, iflic və ağciyər xərçəngi kimi xəstəliklərə yol aça bilər. Qapalı məkanlarda daha çox rastlanan PM 2.5 adlı hissəciklərə uzun müddət məruz qalmaq diabet, Alzheimer və Parkinson kimi ciddi xəstəliklərə səbəb ola bilər. Virusun ötürülməsi riskinin qarşısını almaq və məhsuldarlığı təmin etmək üçün iş yerlərində düzgün havalandırma sistemləri və onların içərisində düzgün hava filtrləri olmalıdır.

Harvard Xalq Sağlamlığı Məktəbinin (HSPH) araşdırması göstərir ki, yaxşı havalandırılan ofislərdə işləyən insanlar ilə zəif havalandırılan ofislərdə işləyən insanlardan orta hesabla iki dəfə yaxşı idrak funksiyasına malikdirlər. ABŞ-ın Harvard Universitetində aparılan araşdırmada iki həftə ərzində fərqli havalandırma sistemləri olan iki ayrı ofisdə çalışan 24 nəfər müşahidə edilib.

İştirakçıların xəbəri olmadan ofislər həm ənənəvi havalandırma sistemləri, həm də eko-yaşıl binalarda istifadə olunan sistemlərlə təchiz edilib və karbon qazının səviyyəsi ölçülüb. Tədqiqat göstərib ki, CO2 səviyyəsi aşağı olan ofislərdə çalışanlar konseptual testdə 61 faiz daha yaxşı nəticə əldə ediblər.

Havalandırmanın iki növü var: təbii ventilyasiya və mexaniki ventilyasiya. Təbii ventilyasiya tanış bir üsuldur. Qapının və ya pəncərənin açılmasını nəzərdə tutan bu proses temperatur və təzyiq fərqlərinə əsaslanır. Qapalı məkanlarda mexaniki ventilyasiya sistemləri isə ən məşhur havalandırma sistemi məhsullarıdır. Mexaniki havalandırma sistemləri xarici mühitdən təmiz havanı çəkir və toz hissəciklərini və çirkləndiriciləri mexaniki olaraq xaric edir. Normal qapalı mühitdə hava həcmcə 20,9% oksigen konsentrasiyasına malikdir. Oksigen səviyyəsi həcmcə 19,5%-dən aşağı düşdükdə oksigen çatışmazlığı hesab olunur. 16% v/v-dən aşağı oksigen səviyyəsi insanlar üçün təhlükəlidir. Havalandırma sisteminin əhəmiyyəti bunun üçün diqqətə alınmalıdır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi ” istiqaməti çərçivəsində hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Avqust 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri