Icma.az
close
up
RU
Havalar soyuyur, qayğılar artır...

Havalar soyuyur, qayğılar artır...

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bəs paytaxtda qışa hazırlıq necə aparılıb?

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatların, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə vaxtaşırı müşavirələr keçirilir. Müşavirələrdə rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyəti araşdırılır, görülməsi zəruri işlər müzakirə edilir.

İndiyədək paytaxt rayonlarında keçirilən müşavirələrdə rayon icra hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərlərinin qarlı günlərdə üzərlərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirmələri üçün hazır olmaları qeyd edilib. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alətin, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib.

Rayonlardakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı, idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb. Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin qarlı günlərdə Avropa ölkələrində də reallaşdırılan qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştiraklarına cağırış edilib.

Qışa hazırlığın diqqət mərkəzində saxlanılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin hər bir rayona təyin etdiyi cavabdeh şəxslər yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birgə yerlərdə qış mövsümünə hazırlığı, verilən tapşırıqların və görülən işlərin, eyni zamanda, qarşıda duran vəzifələrin icra vəziyyətini mütəmadi yoxlayırlar.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qış aylarında yağmurlu və şaxtalı hava şəraiti ilə əlaqədar rayon icra hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərlərinin diqqətinə həmin günlərdə üzərlərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsinin zəruriliyi çatdırılıb.

Keçirilən müşavirələrdə kəskin soyuq, qarlı-şaxtalı keçən günlərdə rayonların ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağı, yaranan çatışmazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyi bildirilib.

Müşavirələrdə bütün bunlarla bərabər, əsas, köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatlar müəyyənləşdirilib, eyni zamanda, rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tabeliyində olan xüsusi texnikaların saz vəziyyətə gətirildiyi, inventar, qum və duz tədarükünün görüldüyü, işçilər arasında xüsusi iş qrafiki və növbətçiliyin təsdiq olunduğu bildirilib. Qeyd edilib ki, rayonlarda təsdiq edilmiş tədbirlər planına əsasən qərargah və operativ işçi qrupları yaradılıb, qış texnikası və nəqliyyat vasitələri hazır vəziyyətə gətirilib, texnikalara xidmət edən işçilərə isə təlimatlar verilib.

Qeyd edək ki, paytaxtın ayrı-ayrı rayon icra hakimiyyətləri ilə bərabər, xidmət müəssisələri də qışa hazırlıq planlarının icrasını xüsusi diqqətdə saxlayır. “Bakı Metropoliteni” QSC-nin sözügedən istiqamətdə fəaliyyəti bu baxımdan mühüm önəm daşıyır.

“Bakı Metropoliteni”ndən verilən məlumata görə, qışa hazırlıqla bağlı QSC-də xüsusi işçi qrupu yaradılıb. İşçi qrupu elektrik depoları, metropoliten stansiyaları və digər obyektlərdə həm infrastrukturun, həm sərnişindaşıma xidməti sektoruna daxil olan sahələrin, həm də işçilərin əmək şəraitinə uyğun olan bütün sahələrdə araşdırma aparır və buna uyğun qərarlar verir.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun sözlərinə görə, Bakı metrosunda qışa hazırlıq tədbirləri tam yerinə yetirilib. Belə ki, metronun bütün stansiyaları qum və duzla təmin olunub, yəni qarlı və şaxtalı hava şəraitində stansiya keçidlərində, pilləkənlərdə olan buz örtüyünün əridilməsi üçün lazımi bütün ehtiyatlar görülüb, bundan əlavə ləvazimatların hər biri alınaraq stansiyalara təhvil verilib.

B.Məmmədov qeyd edib ki, güclü qar yağan zaman qatarların bir yoldan digərinə keçərək xəttə çıxması maneələr yarada bilər. Buna görə də üfürücü qurğuların, eyni zamanda, işçi personalının hazırlığı ilk dəfə bu işə cəlb olunacaq əməkdaşların xüsusi təlimatlandırılması, onların qəfil qar yağarsa gecə növbəsində işə çıxarılması üçün əlaqə nömrələri, işə çatdırılma vasitələri, işdə olarkən çalışdıqları dövr ərzində məişət ehtiyaclarının ödənilməsi və geyim məsələləri tam həllini tapıb. Dekabrın 1-dən “Bakı Metropoliteni” QSC-də qışa keçid başlayıb.

“Azəristliktəchizat” ASC-nin istilik təsərrüfatlarında da 2024-2025-ci illər payız-qış mövsümünə hazırlıq işləri başa çatdırılıb. Təsdiq edilmiş tədbirlər planına uyğun olaraq 9 min metrdən çox məhəllədaxili və magistral istilik xətləri yenilənib, müxtəlif diametrli 600-dən çox dirsək və 5 min metrə yaxın qazan borusu dəyişdirilib, çox sayda istilik mübadilə aparatları, qazan aqreqatları, odluqlar istismara hazır vəziyyətə gətirilib.

Mühüm sahələrdən biri olan qaz təsərrüfatı üzrə yeraltı 58 kilometr, yerüstü 73,6 kilometr olmaqla, ümumilikdə, 131,6 kilometr qaz xətlərinə texniki baxış keçirilib, qazanxanalarda 629 ədəd müxtəlif diametrli qaz kəsici klapanlar, 1905 ədəd qaz siyirtmələri təftiş olunub, 7 ədəd müxtəlif diametrli qaz kəsici klapanlar təmir edilib, 6 ədəd qaz kəsici klapan üçün metal qutu quraşdırılıb, 69 ədəd qaz siyirtməsi təmir edilib.

2024-2025-ci illər payız-qış mövsümünə hazırlıq işləri çərçivəsində istismar müddəti başa çatmış qazanxanalarda aparılan modernləşdirmə işləri xüsusilə diqqət mərkəzində saxlanılıb, qazanxanalarda avadanlıqların müasir standartlara uyğunlaşdırılması, enerji səmərəliliyinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə yenidənqurma işləri görülüb.

“Azəristiliktəchizat” ASC-nin texniki heyəti Bakı şəhəri və regionlarda yaşayış binaları, orta məktəb, uşaq bağçası, səhiyyə müəssisəsi və təsərrüfat obyektlərində monitorinqlər aparıb, binadaxili mühəndis- kommunikasiya xətlərində xidmətin keyfiyyət parametrlərinə birbaşa təsir göstərən nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlər görüb.

V. BAYRAMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Dekabr 2024 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri