Havay adalarında vulkan püskürdü lavanın hündürlüyü 100 metrə çatdı
Icma.az bildirir, 525.az portalına istinadən.
Havay adasında yerləşən Kilauea vulkanı dekabrın 23-dən bəri dünən 32-ci dəfə püskürüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, zirvə kraterindən püskürən lava təxminən 100 metr yüksəkliyə qədər qalxıb. Rəsmilər püskürmənin krater bölgəsində baş verdiyini və ətrafdakı evlər üçün heç bir təhlükə yaratmadığını bildiriblər.
Kilaueanın ən son püskürməsi avqustun 23-də baş verib və lava 300 metrə qədər yüksəlib. Bu püskürmədən əvvəl isə vulkan avqustun 6-da aktivləşib. Hər püskürmə adətən bir gündən az davam edir, püskürmələr arasında fasilələr cəmi bir neçə gün çəkir.
Xatırladaq ki, 2018-ci ildə Kilaueada təxminən üç ay davam edən püskürmə dalğası zamanı 700-dən çox ev dağılıb. O vaxtdan vulkanın fəaliyyəti diqqətlə izlənilir və ciddi təhlükəsizlik tədbirləri görülür.
İbrahim Cəfərov
Baxış sayı:83
Bu xəbər 03 Sentyabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















