Havaya normadan artıq tullantı atan obyektlər cərimələnib
Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Obyektlərin məsul şəxsləri barəsində protokol tərtib olunub
Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən monitorinqlər zamanı “Ağ Saray”, “Baku Palace”, “Verona”, “Sevgi Hall”, “Lüks Plaza” şadlıq saraylarının, “Əlincə”, “Mor-Mor”, “Qaymaq”, “Ocaq” restoranlarının havaya normadan artıq tullantı atdığı müəyyən edilib.
AYNA.AZ xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, faktlarla bağlı sözügedən obyektlərin məsul şəxsləri barəsində protokol tərtib olunub və hər birinin 2500 manat məbləğində cərimə edilməsi ilə bağlı qanunamüvafiq tədbirlər görülür.
Baxış sayı:86
Bu xəbər 08 May 2025 19:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















