Havaylılar Pentaqona qarşı: Əcdadların müqəddəs torpaqları uğrunda mübarizə
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Havay adalarında yerli icma nümayəndələri ABŞ ordusunun Sakit okeanın ortasında yerləşən yeganə hərbi bazanı tərk etməsini tələb edirlər.
Oxu.Az bu barədə ABC-yə istinadla məlumat verir.
Bildirilib ki, ABŞ ordusu Asiya-Sakit okean regionunda artan təhlükələr fonunda, xüsusilə Çinin təzyiqləri səbəbi ilə, Havaydakı mövcudluğunu gücləndirməyi planlaşdırır. Lakin hərbi poliqonun əsas hissəsinin yerləşdiyi torpaq sahəsinə dair icarə müqaviləsi 2029-cu ildə başa çatır. Aborigenlər bu torpaqların və su ehtiyatlarının ABŞ hərbçiləri tərəfindən çirkləndirilməsindən narazılıq ifadə edirlər.
"Onlar təkcə torpaqlarımızı yox, həm də su mənbələrimizi çirkləndiriblər", - deyə "Ka Lahui Hawaii" qrupunun fəalı bildirib.
Hərbçilərin Havay ərazisinin təxminən 5%-nə nəzarət etməsinə və ekoloji müdafiə sahəsində gördükləri işlərə baxmayaraq, adada bir çox sakin keçmiş insidentlər səbəbi ilə ABŞ ordusuna qarşı etimadsız yanaşır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 04 İyul 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















