Haverts ÇL nin finalında iki fərqli komandanın heyətində qol vuran üçüncü oyunçudur
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
“Arsenal”ın hücumçusu Kay Haverts Çempionlar Liqasının finalında PSJ-yə qarşı (1:1, 3:4) erkən qol vuraraq, Avropanın ən yaxşı klub turnirinin finalında iki fərqli komandanın heyətində qol vuran üçüncü oyunçu olub.
İdman.Biz bildirir ki, o, 2021-ci ildə Londonun digər klubu “Çelsi” üçün də Çempionlar Liqasının finalında qol vurub.
Alman futbolçudan başqa, Kriştianu Ronaldu (“Mançester Yunayted”, 2008; “Real Madrid”, 2014) və Mario Mancukiç (“Bavariya”, 2013; “Yuventus”, 2017) də bu nailiyyətə imza atıblar.
Ümumilikdə, 26 yaşlı Haverts başa çatmış Çempionlar Liqası mövsümündə altı oyun keçirib, dörd qol vurub və bir məhsuldar ötürmə edib. O, 2023-cü ildən “topçular”da oynayır.
Bu mövzuda digər xəbərlər:Kay Haverts üçün mövsüm bitib
12 Fevral 2025 19:40
Haverts Çempionlar Liqası tarixinə düşdü
30 May 2026 20:46
Ronaldo və Mandzukiçdən sonra Haverts
30 May 2026 23:12
Kay Haverts: “Gələcəyimi “Arsenal”da görürəm”
29 Mart 2026 08:13
ÇL: Üçüncü təsnifat mərhələsi start götürür
05 Avqust 2025 10:46
Baxış sayı:133
Bu xəbər 31 May 2026 05:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















