Icma.az
close
up
RU
Hay həyasızlığının Qarabağ səhifəsi: Qarabağı Ermənistana birləşdirin 37

Hay həyasızlığının Qarabağ səhifəsi: Qarabağı Ermənistana birləşdirin 37

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün - 12 fevral (1988-ci il) Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) ermənilərin  Qarabağın Ermənistana birləşməsini tələb edən ilk  mitinqin və separatçılıq çıxışlarının  başlamasından 37 il keçir

Adalet.az xəbər verir ki, mitinqlərin başlamasına əsas səbəb kimi 1986-cı ildə Moskva rəhbərliyinin qərarı ilə Qazax rayonunun 2500 hektarlıq ərazisinin Ermənistana verilməsi və separatçı ermənilərin iştahlanması göstərilir. Beləki, 1987-ci ildə akademik Abel Aqambekyanın təkidi ilə Parisdə keçirilən erməni ümummilli konqresi SSRİ-də yaranmaqda olan dəyişiklikərdən istifadə edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edir. 1987-ci il iyun-iyul aylarında rmənilər Xankəndinin küçələrində vərəqələr yayır, Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün təbliğata başlayırlar. 1987-ci il oktyabr ayında İrəvanda "Qarabağ komitəsi" ilk açıq mitinq keçirilsə də insan sayına görə məqbul sayılmadı. Komitəyə İqor Muradyan və Levon Ter-Petrosyan başçılıq edirlər. 1987-ci il noyabrın 16-də Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqambekyan Parisdə qəzetlərə müsahibə verərək, Dağlıq Qarabağın Ermənistana verilməsi ilə əlaqədar Qorbaçovu razı saldığını bildirir.

 Qorbaçovun razı salındığını anlayan və artıq heç nədən çəkinməyən ermənilər  1987-ci ilin sonlarından Yerevanda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbləri ilə kütləvi aksiyalar həyata keçirməyə başladı. İrəvandakı mitinqdə zorakılıq və yaxud  maneə görməyən Qarabağ ermənilərinin separatçı meyilləri  dərhal yüksəldi və daha mütəşəkkil şəkildə dünyanın diqqətinə düşə biləcək bir  mitinq hazırlığına başladılar. 

Həmin ərəfədə artıq DQMV ərazisində separatçı “Krunk” təşkilatı da  yaradılmışdı və onun üzvləri 1988-ci il yanvar ayının əvvəllərində yardım üçün Moskvaya getmişdilər. Beləliklə, separatçılıq dalğasının başlaması üçün ideoloji-təbliğat işi böyük vüsət alırdı. Artıq 1988-ci ilin yanvar ayınadək Qarabağ münaqişəsinin yeni mərhələsinin startı üçün bütün hazırlıq yekunlaşmışdı. 1988-ci ilin 12 fevralında DQMV-nin mərkəzi Stepanakert (Xankəndi) şəhərində də  vilayət partiya komitəsinin binası qarşısında "miatsum" (Ermənistana "birləşmə") şüarı altında geniş bir mitinq keçirdilər. Bu sonuncu deportasiya tarixinə Qarabağda başlamağın ilk təməli idi və eyni zamanda yeni qanlı oyuna start verilən bir tarix oldu. Beləki, 

12 fevraldan Xankəndidə Ermənistandan xalq deputatları qismində vilayətə gələn emissarların təşkilatçılığı ilə mitinqlər başladı. İlk dəfə olaraq bu mitinqlərdə “saqqallılar” adlanan xüsusi hərbi dəstənin üzvləri də göründü. Rəsmi Bakının isə tərəddüd göstərməsi vəziyyətin daha da gərginləşməsinə şərait yaradırdı.

 Tanınmış mərhum jurnalist İlham Cəmiloğlu mediaya müsahibəsində  hadisələrin şahidlərindən biri olmuş  Vasili Konovalov (1983-cü ilin iyul ayından — 1988 -çi ilin noyabrın 13-nə qədər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi, Azərbaycan KP MK bürosunun üzvü olub) xatirələrində bir nüansı diqqətləri cəlb edib:" Konovalov xatirələrində yazırdı:“Biz fevralın 11-də Xankəndi şəhərinə ezam olunmuşduq. İki gün ərzində mənə iki dəfə zəng olundu ki, Xankəndini tərk edim. Birinci dəfə İrəvandan Qarabağ hərəkatının başçılarından biri olan İqor Muradyan mehmanxanaya zəng vurdu. Fikrini qısa və konkret bildirdi: “Şəhəri təcili tərk edin”. İkinci dəfə isə məni yığıncağın gedişatı zamanı Xankəndinin birinci katibi Zaven Movsesyanın kabinetinə çağırdılar. Eyni sözlər təkrar olundu. Mən onda bildim ki, bu münaqişə dərin köklərə gedəcək. Təsəvvür edin ki, İrəvandan heç bir səlahiyyətə malik olmayan bir şəxs Azərbaycan KP MK-nın ikinci katibinə zəng vurur və ona göstəriş verir...”

Qarabağdakı fəlakətlərimizin başlamasının ilk günü  kimi yadda qalan 12 fevraldan sonra  Rusiyadan, Fransadan, müxtəlif terror təşkilatlardan güc alan ermənilər Azərbaycan üçün az qala bütün təqvim günlərini qana boyayırlar.

Daha sonra hansı hadisələr baş verir? Bilmək istəyirsinizsə, bizi izləyin!

Əntiqə Rəşid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://adalet.az
archiveBu xəbər 12 Fevral 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri