Hazır olun, Rusiyanın kuklaları uzun müddət duruş gətirə bilməyəcək...Müdafiə naziri
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Litvanın müdafiə naziri Dovile Şakaliyene Gürcüstanda baş verənlərə belə reaksiya verib: “Rusiyanın kuklaları uzun müddət duruş gətirməyəcək”.
Moderator.az "Qruziya onlayn" nəşrinə istinadla xəbər verir ki, müdafiə naziri sosial şəbəkədəki statusunda belə yazıb.
Nazirin yazdığı kimi, Litva Gürcüstan xalqını dəstəkləyir.
“Rusiya ilə bağlı oliqarxlardan qurtula bilən ölkə kimi Litva Gürcüstan xalqının zülmdən qurtuluşu uğrunda mübarizəni dəstəkləyir. Hazır olun, rus kuklaları uzun müddət davam gətirməyəcək. Ümid edirəm ki, bir gün sizi Avropa İttifaqında görəcəyik”, – Dovile Şakaliyene vurğulayıb.
S.Laçın

Rusiyanın müdafiə naziri Özbəkistana getdi
21 Yanvar 2025 22:56
Rusiyanın müdafiə naziri Şimali Koreyaya gedib
29 Noyabr 2024 09:34
Rusiyanın Müdafiə Naziri Şimali Koreyedadır KONKRET
29 Noyabr 2024 12:11
Prezident: Rusiyanın müdafiə sənayesi hazır olduqda, təbii ki, yeni müqavilələr bağlayacağıq
18 Dekabr 2024 14:34

