Icma.az
close
up
RU
Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus NƏDİR? Bu əlamətlər varsa...

Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus NƏDİR? Bu əlamətlər varsa...

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Son günlər ölkə ərazisində bir çox vətəndaşlar yüksək hərarət, boğaz ağrısı və digər oxşar əlamətlərlə müşayiət olunan narahatlıqlardan şikayətlənirlər. Vəziyyətin geniş vüsət alması ictimaiyyətdə müəyyən narahatlıq yaradıb. Sosial şəbəkələrdə və gündəlik müşahidələrdə bu halın mövsümi qripdən daha ağır keçdiyi, hətta yeni virusun yayıldığına dair iddialar irəli sürülür.

Həkim-infeksionist Aytən Ziyadova iddialarla bağlı Yenisabah.az-a danışıb. O, bildirib ki, havaların dəyişkən keçməsi və temperatur fərqlərinin artması fonunda müxtəlif infeksion xəstəliklərin müşahidə edilməsi artıb:

“Bu infeksiyalar həm bağırsaq sistemi, həm də üst tənəffüs yolları ilə əlaqədar ola bilər. Mövsümi keçidlər zamanı orqanizmin immun sistemi zəiflədiyindən, virus və bakteriyaların yayılması üçün əlverişli şərait yaranır.

Üst tənəffüs yolu infeksiyaları arasında daha çox rast gəlinən viruslar RSV (Respirator Sinsitial Virus) və RV (Rinovirus) kimi tanınır. Bu virusların klinik əlamətləri bir-birinə oxşardır – öskürək, burun axıntısı, boğaz ağrısı, bəzən isə nəfəs darlığı ilə müşayiət oluna bilər. Xüsusilə azyaşlı uşaqlarda və yaşlılarda bu infeksiyalar daha ağır keçə bilər. Belə hallarda "qırmızı bayraq" əlamətlərinə diqqət etmək tövsiyə olunur.  Bu əlamətlərə yüksək hərarətin 38.5 dərəcədən yuxarı olması, hərarət salıcı preparatların təsirsiz qalması, dəri səpkilərinin yaranması və onların bədəndə sürətlə yayılması daxildir. Belə hallarda mütləq həkimə müraciət edilməli və laborator diaqnostika aparılmalıdır”.

Həkim bildirib ki, həm uşaqlar, həm də böyüklər arasında bu dövrdə müxtəlif bağırsaq viruslarına da rast gəlinir:

“Bu viruslar arasında parvovirus B19 xüsusilə qeyd olunmalıdır. Parvovirus infeksiyası əsasən dəri səpkisi və qızdırma ilə başlayır, bəzi hallarda isə ürəkbulanma, qusma və ishal ilə özünü göstərir. Bu virus uşaqlarda "beşinci xəstəlik" kimi tanınan səpkili xəstəliklərə səbəb ola bilər.

Eyni zamanda, influenza (qrip) virusunun da aktiv dövrüdür. Gərgin əzələ ağrısı, baş ağrısı, halsızlıq, yüksək hərarət və bəzən ishal ilə müşahidə olunan bu infeksiya da ciddi ağırlaşmalara yol aça bilər, xüsusilə də xroniki xəstəlikləri olan şəxslərdə. İnfluenza və digər mövsümi viruslara qarşı peyvəndlənmə və gigiyenik qaydalara ciddi əməl olunması vacibdir.

Havaların qeyri-sabit olduğu bu dövrdə həm uşaqların, həm də böyüklərin sağlamlığına diqqətlə yanaşmaq, immuniteti gücləndirici tədbirlər görmək və ilk əlamətlərdə tibbi yardıma müraciət etmək mühüm əhəmiyyət daşıyır”.

Aytac Şahin


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 May 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see601

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see217

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see137

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see135

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see134

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see131

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see130

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see129

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see126

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see126

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see126

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see125

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see125

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see124

ABŞ və Rusiyanın müharibə RİTORİKASI Nüvə təhdidlərinin arxasındakı İQTİSADİ MARAQLAR

10 Noyabr 2025 15:01see124

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Stolüstü tennis yığmamız İslamiadada bürünc medal qazandı FOTO

10 Noyabr 2025 13:51see123

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see121

“Müharibənin üçüncü günü anladım ki, uduzacağıq” Koçaryan Paşinyanı ittiham edib

10 Noyabr 2025 13:43see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri