Icma.az
close
up
RU
“Hazırda dünyada yeni geosiyasi nizam formalaşmaqdadır” MÜNASİBƏT BİLDİRİLDİ

“Hazırda dünyada yeni geosiyasi nizam formalaşmaqdadır” MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

“Son illərdə Azərbaycanın beynəlxalq təbii qaz təchizatında rolu nəzərəçarpacaq dərəcədə artmaqdadır. Xüsusilə Avropa İttifaqı ölkələri ilə sıx enerji əməkdaşlığı və artan tələbat bu prosesə güclü təkan verir. Avropada enerji təhlükəsizliyinin təmin olunması məsələsində Azərbaycan strateji tərəfdaş kimi qəbul edilir. Bu isə Azərbaycanın qaz ixracatında həm coğrafi, həm də siyasi əhəmiyyətini artırır”. Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.

Akif Nağı sözlərinə belə davam edib: “Hazırda dünyada yeni geosiyasi nizam formalaşmaqdadır. Bu kontekstdə Yaxın Şərqdə, xüsusilə də Suriya ilə bağlı baş verən proseslər diqqət mərkəzindədir. Suriyanın beynəlxalq münasibətlər sisteminə yeni formatda və yeni siyasi statusla geri dönməsi aktual və təxirəsalınmaz məsələlərdən biri kimi qiymətləndirilir. Bu istiqamətdə bir sıra qlobal və regional güclər arasında fikir ayrılıqları və siyasi mübarizə müşahidə olunur.

Türkiyənin Suriyada artan rolu da bu kontekstdə xüsusi vurğulanmalıdır. Məlumdur ki, ABŞ da daxil olmaqla beynəlxalq aktorlar Suriyanın yenidən qurulması və sabitləşdirilməsi məsələsində Türkiyənin vasitəçilik missiyasına və diplomatik səylərinə etimad göstərirlər. Rusiya isə bölgədəki hərbi mövcudluğunu tədricən azaldaraq yeni siyasi konfiqurasiyanın formalaşmasına şərait yaradır.

Bu yeni nizam çərçivəsində təbii qaz məsələsi də əsas müzakirə mövzularından biridir. Bu resursa sahib olan və onu nəql etmə imkanına malik ölkələrin rolu əhəmiyyətli dərəcədə artır. Azərbaycanın da bu baxımdan üstün mövqeyə malik olduğu nəzərə alınmalıdır. Qaz təchizatının Suriya üzərindən digər Yaxın Şərq və Avropa ölkələrinə çatdırılması imkanları araşdırılır.

Bütün bu proseslər fonunda Azərbaycanın həm enerji, həm də geosiyasi gücü artmaqda davam edir. Gələcəkdə Suriya, Misir və Almaniya kimi müxtəlif ölkələr istiqamətində yeni nəql marşrutları və enerji əməkdaşlığı layihələri gündəmə gələ bilər. Bu isə Azərbaycanın regional və qlobal enerji xəritəsində mövqeyini daha da möhkəmləndirəcək.

Enerji resurslarının beynəlxalq münasibətlərdə təzyiq aləti kimi istifadə olunduğu müasir geosiyasi reallıqlar fonunda, Azərbaycan üçün enerji ixracatının şaxələndirilməsi strateji əhəmiyyət kəsb edir. Bu baxımdan, Yaxın Şərq istiqamətindən istifadə olunması və bu bölgəyə çıxış imkanlarının genişləndirilməsi Azərbaycanın enerji təhlükəsizliyi və milli maraqları baxımından olduqca vacib məsələdir.

Hazırkı dövrə qədər Azərbaycanın əsas diqqəti Avropa bazarlarına yönəlsə də, Yaxın Şərq istiqamətində mümkün ixrac marşrutları ölkənin strateji mövqeyini gücləndirir. Bu, həm Azərbaycanın tranzit potensialını artırır, həm də enerji siyasətində daha balanslı və təzyiqlərə davamlı mövqe formalaşdırmağa imkan verir.

Məlum olduğu kimi, enerji məsələləri bəzən dövlətlər arasında siyasi təzyiq vasitəsinə çevrilə bilər. Bu kontekstdə Avropa dövlətlərinin müəyyən hallarda Azərbaycan qazına çıxış imkanlarını siyasi şərtlərlə bağlamağa çalışması da müşahidə olunmuşdur. Belə hallarda enerji ixracının yalnız bir istiqamətdə cəmlənməsi ölkənin iqtisadi və siyasi təhlükəsizliyi üçün risklər yarada bilər.

Bu baxımdan enerji nəqlinin şaxələndirilməsi – yəni, müxtəlif istiqamətlər üzrə paralel və alternativ marşrutların qurulması – Azərbaycanın təzyiqlərə qarşı davamlılığını artırır. Əgər hər hansı istiqamətdə siyasi və ya texniki səbəbdən təchizatda fasilə yaranarsa, digər istiqamətlər üzrə ixracat davam etdirilə bilər. Bu isə itkiləri minimuma endirərək Azərbaycanın enerji ixracında etibarlı tərəfdaş kimi imicini qoruyur.

Bu strategiyanın həyata keçirilməsi, eyni zamanda, Azərbaycanın enerji sahəsində geosiyasi rolunu daha da gücləndirir. Azərbaycanın Yaxın Şərq ölkələri ilə enerji sahəsində əməkdaşlıq imkanlarını dəyərləndirməsi və bu istiqamətdə konkret layihələrin icrası, regionda yeni enerji balansının formalaşmasına səbəb ola bilər.

Bundan əlavə, bu siyasət Azərbaycanı regional və qlobal güc mərkəzləri arasında balanslaşdırılmış münasibətlər qurmağa imkan verir. Beləliklə, həm Qərbdən, həm də regiondakı digər aktorlardan gələn siyasi təzyiqlərə qarşı daha çevik və ağıllı diplomatik manevrlər həyata keçirmək mümkündür.

Nəticə etibarilə, Azərbaycanın enerji siyasətində şaxələndirmə yanaşması və Yaxın Şərq istiqamətinə çıxış imkanlarının genişləndirilməsi, milli təhlükəsizliyin, iqtisadi sabitliyin və siyasi müstəqilliyin təmin olunmasında mühüm rol oynayır. Bu strategiya Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu və ardıcıl siyasətin tərkib hissəsidir və ölkənin gələcək inkişaf perspektivlərini təmin edən mühüm faktorlardan biri kimi çıxış edir”.

Ayşən Vəli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 İyul 2025 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri