Icma.az
close
up
RU
Hazırda işğaldan azad edilmiş ərazilərdə təxminən 30 min nəfər yaşayır ŞƏRH EDİLDİ

Hazırda işğaldan azad edilmiş ərazilərdə təxminən 30 min nəfər yaşayır ŞƏRH EDİLDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"İşğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış prosesi dinamik şəkildə davam edir". Bunu SİA-ya millət vəkili Günay Ağamalı deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" bu istiqamətdə əsas yol xəritəsidir: "Dövlət Proqramı çərçivəsində atılan ilk mühüm addım Zəngilan rayonunun Ağalı kəndinin "Ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulması oldu. 2022-ci ildə ilk sakinlər uzun illərin həsrətindən sonra doğma yurdlarına qovuşaraq yeni həyatın təməlini qoydular. Bu təməl Böyük Qayıdışın gerçəyə çevrilməsinin və işğaldan azad edilmiş torpaqlarımızda həyatın qayıdışının rəmzinə çevrildi. 2023-cü ilin sentyabr ayında Qarabağda həyata keçirilən 23 saatlıq lokal antiterror tədbirləri nəticəsində bölgədə tam təhlükəsizlik təmin edildi, məcburi köçkünlərin tarixi torpaqlarımıza qayıdışı üçün əlverişli şərait yaradıldı. Hazırda işğaldan azad edilmiş ərazilərdə təxminən 30 min nəfər yaşayır. Bunların arasında həm qayıdan sakinlər, həm də bərpa-quruculuq işlərində çalışan soydaşlarımız yer alır".

Onun sözlərinə görə, Böyük Qayıdışın uğurla reallaşması istiqamətində ərazilərin minalardan təmizlənməsi, infrastrukturun bərpası, yaşayış məntəqələrinin yenidən qurulması və sosial xidmətlərin təşkili istiqamətində genişmiqyaslı layihələr icra olunmaqdadır: "Həyata keçirilən tədbirlər nəticəsində yaxın gələcəkdə daha çox məcburi köçkünün öz doğma torpaqlarına qayıdışı ön plandadır.Dövlətimiz Böyük Qayıdış prosesini böyük həcmdə dövlət büdcəsindən ayrılan maliyyə resursları hesabına həyata keçirir. Azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi həm ölkəmizin iqtisadi gücünün, həm də milli həmrəyliyimizin daha bir göstəricisidir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Mart 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see281

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see223

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see192

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see185

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see183

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see164

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see133

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri