“Hazırda İsrail liqasından da bir klubla danışıqlarımız davam edir” Turan da “Kəpəz”dən ayrılır?
Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
Orxan Əliyevin ardından daha bir futbolçunun “Kəpəz”dən ayrılacağı ilə bağlı iddialar var. Söhbət müdafiəçi Turan Manafovdan gedir.
Onun danışıq apardığı klublar arasında vaxtilə şərəfini qoruduğu “Səbail” də var. Mövsümün gedişində Gəncə təmsilçisinə qoşulan Manafovun xaricə yollanmaq arzusunun olduğunu da unutmayaq. İndiki məqamda Turan “Kəpəz”dən ayrılmaq istəyində olsa da, klub futbolçunu buraxmaq istəmir.
Bəs 26 yaşlı futbolçu mövsümün geri qalan hissəsini harda keçirəcək? Turanın meneceri Kamran Şahverdiyevin “Football-plus.az”a açıqlaması:
“Bəli, Turana maraq var. Digər komandalarla ilkin əlaqələr qurulub. Onun hazırda müqaviləsi olduğundan, sadəcə, klubu uyğun görəcəyi təqdirdə “Kəpəz”i tərk edə bilər. Təbii ki, klub da əsas heyət oyunçusunu buraxmaq istəmir. Lakin müəyyən ödəniş əvəzində Turan yeni komandaya keçə bilər. “Kəpəz”ə müqavilədə yazılan pul ödənilərsə, ordan ayrıla bilər. Hazırda İsrail liqasından da Manafovla bağlı bir klubla danışıqlarımız davam edir”.
RÖYANƏ OĞUZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 08 Yanvar 2025 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















