Icma.az
close
up
RU
Hazırda kadr seçimi üzrə daha yaxşı nəticə göstərən üsul

Hazırda kadr seçimi üzrə daha yaxşı nəticə göstərən üsul

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu həftə Çikaqo Universitetinin Booth Biznes Məktəbinin və Erasmus Rotterdam Universitetinin tədqiqatçıları süni intellektin işə qəbul üçün namizəd axtarışı imkanlarını araşdıran bir tədqiqatın nəticələrini dərc ediblər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqat 67 000 iş müsahibəsi əsasında aparılıb və nəticələr kadr seçimi üzrə mütəxəssislər üçün xoş xəbər vəd etmir - süni intellekt bu tapşırıqların öhdəsindən insandan heç də pis gəlmir. Tədqiqatçılar bir işəgötürmə şirkəti ilə əməkdaşlıq ediblər. Birlikdə onlar 67 000 namizədi təsadüfi şəkildə bölüşdürərək ya süni intellekt agenti ilə, ya insanla müsahibə keçirmələrini, ya da seçim haqqını özlərinə buraxıblar. Qeyd olunur ki, müsahibələr telefon vasitəsilə aparılıb və söhbətin əvvəlində süni intellekt agenti qarşı tərəfi insanla deyil, süni intellektlə danışdığını xəbərdar edib. Bütün hallarda işə qəbul üzrə yekun qərarı insanlar veriblər.

Bu qərar namizədlərin müsahibə zamanı özlərini nə dərəcədə yaxşı göstərməsinə və standart testlərin nəticələrinə əsaslanıb. Süni intellekt agenti tərəfindən aparılan müsahibələr iş təkliflərinin sayının 12% artmasına və işə qəbuldan sonrakı ilk ayda işçilərin saxlanma səviyyəsinin ən azı 17% yüksəlməsinə səbəb olub. Tədqiqatçılar müəyyən ediblər ki, süni intellekt əsaslı səs agentləri zənglər zamanı insan müsahibəçilərlə müqayisədə əhəmiyyətli dərəcədə daha çox əsas mövzuları əhatə edir. Bu yanaşma isə rekruterlərə işə qəbul və ya imtina barədə qərar vermək üçün daha çox aktual məlumat əldə etməyə imkan yaradır. Tədqiqat müəlliflərindən biri Brian Jabarian hesab edir ki, süni intellekt agentinin müsahibələrdə yaxşı nəticə göstərməsinin səbəblərindən biri onun az danışması və namizədi daha fəal danışmağa sövq etməsidir.

Bundan başqa, minlərlə müsahibə keçirildiyi hallarda insan müsahibəçilər yorğunluğa məruz qalır və nəticədə bəzi vacib sualları verməyi unuda bilirlər. Bəzi potensial namizədlər süni intellekt agenti ilə müsahibə keçmək təklifini mənfi qarşıladılar. Onların təxminən 5%-i botla ünsiyyət qurmaq istəmədikləri üçün söhbəti vaxtından əvvəl dayandırıblar. 7% hallarda isə səsli süni intellekt agenti texniki çətinliklərlə üzləşib. Bir çox namizədlər süni intellekti “xeyli dərəcədə qeyri-təbii” müsahib tərəf kimi qiymətləndiriblər. Eyni zamanda, botla müsahibə barədə rəy bildirən namizədlərin 70%-i bunun onlar üçün müsbət təcrübə olduğunu qeyd edib. Halbuki insan-müsahibəçi ilə müsahibə barədə müsbət fikir bildirənlərin payı cəmi 50% olub.

Bu nəticələr peşəkar rekruterləri çaşdırıb, çünki onlar süni intellektin bu tapşırığın öhdəsindən xeyli zəif gələcəyini gözləyirdilər. Qeyd olunası məqamlardan biri də odur ki, hər 5 nəfərdən 4-ü müsahibəni süni intellekt ilə keçirməyi üstün tutub - baxmayaraq ki, bu, onların özlərinə uyğun vaxtı təyin etmək imkanına malik olmaları ilə də bağlı ola bilər. Araşdırma əsasında əldə olunan ən maraqlı nəticələrdən biri peşəkar rekruterlərin süni intellekt əsaslı alqoritmlərlə əvəzlənməsinin iqtisadi səmərəliliyi ilə bağlıdır. Botlar təəccüblü dərəcədə mürəkkəb işin öhdəsindən yaxşı gəlsələr də, onların istifadəsi inteqrasiya üçün tələb olunan investisiyaların geri dönüşünə zəmanət vermir.

Namizədlərin müsahibə vaxtını planlaşdırmaq imkanı olsa da, bu effektivlik müəyyən mənada azalırdı, çünki süni intellekt agentləri tərəfindən aparılan müsahibələrin nəticələrini öyrənmək üçün insan-rekruterlərin orta hesabla təxminən 2 dəfə çox vaxtı tələb olunurdu. Səsli süni intellekt agentlərinə müsahibə üçün investisiya qoyulmasının real qənaətə gətirib çıxarıb-çıxarmayacağı sualı isə əsasən konkret vəziyyətdən asılıdır. Burada vakansiyaların tipi, müsahibə aparmaq üçün süni intellekt agentinin səriştəsi, işə qəbul həcmi, rekruterlərin maaş səviyyəsi və digər amillər mühüm rol oynayır. Görünür ki, rekruter maaşlarının yüksək olmadığı regionlardakı kiçik şirkətlər süni intellekt agentlərinin istifadəsindən fayda götürə bilməyəcəklər. Əvəzində, çoxsaylı namizədləri və bahalı rekruterləri olan böyük şirkətlərin perspektivləri daha ümidverici görünür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://lent.az
archiveBu xəbər 01 Sentyabr 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri