Icma.az
close
up
RU
Hazırki iqtisadi şəraitdə özəl Pensiya Fondunun uğurlu fəaliyyəti çətin olacaq TƏHLİL

Hazırki iqtisadi şəraitdə özəl Pensiya Fondunun uğurlu fəaliyyəti çətin olacaq TƏHLİL

Sitat.info portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq. Müvafiq qurumlarla müzakirələrin nəticəsində özəl pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması, həmin fondların fəaliyyətinə nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə layihənin təkmilləşdirilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birlikdə iş aparılır. Bəs, bu fondların üstünlükləri və riskləri nələrdir?

İqtisadçı Eldəniz Əmirov  Sitat.info- ya açıqlamasında bu sualı cavablandırıb.

 O bildirib ki, özəl pensiya fondlarının  ölkəmizdə yaradılması  təkcə pensiyaçılar üçün deyil, ölkənin ümumi iqtisadi konyukturası  üçün müsbətdir: "Belə fondlar investisiya vasitəsilə yığımların dəyərini artırmağa imkan verir. Eyni zamanda iştirakçılar öz pensiya planlarını fərdi ehtiyaclarına uyğun planlaya bilirlər. Əlavə olaraq bu fond dövlətin pensiya fonduna bir növ dəstəkçi kimi çıxış edir. Mövcud pul kütləsi maliyyə bazarının inkişafına öz töhvəsini verir. Göründüyü kimi bu siyahını uzatmaq olar".

İqtisadçı ekspert vurğulayıb ki, bu sahədə risklər də az deyil: "Özəl pensiya fondunun yaradılması o qədər də çətin olmasa da, bu fondun uğurla fəaliyyət göstərməsi və ona vəsait etibar edən qarşı tərəfin etimadını doğrultması üçün ölkədə iqtisadi şərtlər bir az fərqli olmalıdır. Yəni, biz bunun şərtlərinə baxsaq,  inkişaf etmiş ölkələrdən nümunə götürə bilərik. O ölkələrdə özəl pensiya fondları uğurla fəaliyyət göstərir ki, orada iqtisadiyyat  kifayət qədər inkişaf etmiş mərhələdədir. İqtisadiyyatda investisiyalar üçün bazarın tələbi, ehtiyacı vardır. Bunu qarşılamaq üçün bu fondlardan istifadə edilir”.

E.Əmirov vurğulayıb ki, iqtidiyyatın hazırki vəziyyəti bankların pul siyasətinə də təsir edir: "Biz bu gün görürük ki, banklarda  kifayət qədər  sərbəst vəsait  var. Bunu iqtisadiyyata yönəldilə bilərlər. Təcrübə onu göstərir ki, belə hallarda bank sistemində kommersiya banklarında sərbəst vəsaitlərin həcminin milyardlarla manat və ya dollar olduğu şəraitdə, sonradan yaradılan bu cür fondlar uğur qazana bilmir. Çünki iqtisadiyyat  yığılmış pulu tələb etməlidir. O vəsaiti yatırım kimi iqtisadiyyat qəbul etməlidir. Fond pulları daha yuxarı faizlə gəlirə çevirərək vəsaiti artırmalı, gələcəyin pensiyaçılarına əlavə vəsait qaytarmalıdır. Odur ki, indiki iqtisadi şərtlər daxilində ölkədə pensiya fondunun yaradılması mümkün olsa da, onun uğurlu fəaliyyətinin təşkil edilməsi çox çətin olacaq”.

Aytac Baxış,

Sitat.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://sitat.info
archiveBu xəbər 12 Dekabr 2024 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see253

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see240

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see198

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see189

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see189

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see186

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see175

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see163

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see157

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see147

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see133

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see132

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see131

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see131

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see129

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see128

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see124

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see122

Bakıda “Azerbaijan Fashion Week”in 19 cu mövsümü keçirilib

10 Dekabr 2025 07:30see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri