Icma.az
close
up
RU
Hazırkı sülh planı Zelenski üçün ölümə bərabərdir

Hazırkı sülh planı Zelenski üçün ölümə bərabərdir

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Ukrayna-Rusiya müharibəsində kritik dönəm başlayıb. ABŞ liderinin “sülh planı”nın irəli sürülməsindən sonra məsələ daha da mürəkkəbləşib.

Belə ki, Ukraynanın müəyyən ərazilərindən əl çəkməsi, eləcə də Prezident Volodimir Zelenskinin seçkilərə getməsi kimi məsələlər irəli sürülür. Hətta ABŞ lideri Donald Tramp şəxsən Zelenskini seçkilərə getməyə çağırıb.

 ABŞ liderinin çağırışına cavab verən Zelenski “mən həmişə seçkilərə hazıram” deyib.

Onu da qeyd etmək lazımdır ki, Zelenski hələ də "sülh planı" ilə tanış olmayıb. Məhz bu da Trampı məyus edib.

Zelenskinin seçkiyə gedib-getməyəcəyi, namizədlikdən çəkilib-çəkilməyəcəyi və bu qərarın gələcək proseslərə necə təsir edəcəyi suallar doğurur.

Modern.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, ABŞ liderinin təklif etdiyi "sülh planı"nın qəbul edilməsi Zülünski üşün ölümə bərabərdir:

“Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasi imici müharibəni davam etdirirərək ölkənin ərazi bütövlüyünü qorumaq ideyası ətrafında formalaşıb. ABŞ tərəfindən təklif olunan sülh və ya atəşkəs Rusiya təsiri nəticəsində formalaşıb. Bu, tam atəşkəs kimi müvəqqəti razılaşma yox, daha əhatəli ilkin sülh sazişi kimi irəli sürülür. Rusiya tərəfindən bir sıra siyasi tələblər, eləcə də ərazi bütövlüyünü dəyişmək iddiaları mövcuddur. Bu çox mürəkkəb məsələdir. Zelenski bu məntiqi qəbul etsə, təbii ki, nəticədə onun siyasi gələcəyi bitmiş hesab oluna bilər. Ona və komandasına qarşı korrupsiya və digər məsələlərdə ciddi ittihamlar var. Zelenskinin bu şərtləri qəbul etməsi ölümə bərabərdir. Amma faktiki olaraq Ukrayna beynəlxalq qanunlara zidd olan "sülhə" razılıq verməyə çağırılır. Təbii ki, Ukrayna bundan əvvəlki Ukrayna olmayacaq. Yenə deyirəm, çox mürəkkəb məsələdir. Bunu Zelenski və onun siyasi elitasına böyük məğlubiyyət kimi qəbul etmək olar”.

Sabiq nazir müharibə dönəmində seçki keçirilməsinin mümkün olduğunu düşünmədiyini qeyd edib:

“Seçkinin mütləq keçirilməsi sülh sazişinin bəndləri arasında yer alır. Eyni zamanda, sazişdə Ukrayna ərazisinin bu və ya digər hissələrini itirməsi də təsbit olunub. Burada bir problem də var: heç kəsin, o cümlədən Ukrayna Prezidentinin ərazi bütövlüyünün dəyişdirilməsinə razılıq verməsi qanuni deyil. Məhz bu məsələdə Volodimir Zelenski üçün imkan pəncərəsi mövcuddur. Bu istiqamətdə qərar istər-istəməz Konstitusiyaya zidd olacaq ki, o  da yolverilməzdir. Zelenski təbii ki, buna getməməlidir. Vaxtilə Ukrayna və Zelenskiyə dəstək olan qüvvələr ona dəstək verməkdən bu və digər bəhanələrlə çəkinirlər. Burada Rusiyanın gələcəyi də ən azı sualsız deyil. Yəni bunu daxili ictimaiyyətinə zəfər kimi göstərmək mümkün olacaqmı? Bu siyasətin davam etdirilməsinin Putinin üzərinə düşəcəyi də sual altındandır. Ukrayna-Rusiya müharibəsi indiki mərhələdə əsasən Çin-Qərb qarşıdurması ilə bağlıdır. Söhbət açıq şəkildə bundan gedir. Əsas məsələ Rusiyanın qarşıdurmada Çinin, yoxsa Qərbin yanında olacağı ilə bağlıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Dekabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri