Hazırlıqlar tamamlandı! Türkiyə həmin ölkədə kosmik baza qurur
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Türkiyə” qəzetindən Yeşim Eraslanın verdiyi məlumata görə, 2024-cü ilin dekabrında Somali prezidenti Həsən Şeyx Məhəmmədin Moqadişuda elan etdiyi layihə çərçivəsində, Türkiyə Kosmik Agentliyinin (TUA) rəhbərliyi ilə həyata keçiriləcək kosmodromun detalları üzə çıxmağa başlayıb.
Turkustan.az xəbər verir ki, yaxın günlərdə kosmodromun inşası üçün tenderin elan ediləcəyi gözlənilir. Yalnız Türkiyənin deyil, eyni zamanda Afrika qitəsinin də ilk kosmik limanı olacaq Türk Kosmik Limanı Layihəsinin tikintisinə yaxın vaxtlarda başlanması və iki il ərzində tamamlanması planlaşdırılır.
Məlumatlara əsasən, Türkiyə rəsmiləri ilə Somali hökuməti arasında əldə olunmuş razılaşmaya görə, Türkiyəyə Hind okeanı sahillərində yerləşən 30x30 kilometr (cəmi 900 kvadrat kilometr) ölçüsündə bir ərazi ayrılıb. Layihənin ilkin və sonrakı mərhələləri də daxil olmaqla ümumi dəyərinin 350 milyon dollar olacağı təxmin edilir.
Qeyd olunur ki, inşa ediləcək kosmodrom yalnız kosmik raket buraxılışları üçün deyil, eyni zamanda uzaq mənzilli raket sınaqları üçün də istifadə olunacaq.
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:71
Bu xəbər 05 Avqust 2025 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















