Icma.az
close
up
RU
HCI+ reytinqi Azərbaycana nəyi göstərir?

HCI+ reytinqi Azərbaycana nəyi göstərir?

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“Dünya Bankının HCI+ indeksində Azərbaycanın Ermənistanla müqayisədə daha aşağı nəticə göstərməsi ilk baxışda narahatlıq doğura bilər. Lakin bu göstəricini yalnız reytinq fərqi kimi qiymətləndirmək düzgün yanaşma olmaz. Əksinə, bu nəticə Azərbaycanın növbəti inkişaf mərhələsində hansı istiqamətlərə daha çox diqqət yetirməli olduğunu göstərən mühüm siqnaldır. İnsan kapitalı bu gün artıq təkcə sosial siyasətin deyil, həm də iqtisadi inkişaf strategiyasının əsas elementinə çevrilib.”

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Əli Səlimov danışıb. O bildirib ki, son illər Azərbaycanın inkişaf modeli mühüm transformasiya mərhələsinə qədəm qoyub. Əgər əvvəlki dövrdə əsas prioritet güclü infrastrukturun yaradılması, enerji layihələrinin həyata keçirilməsi və makroiqtisadi sabitliyin təmin olunması idisə, indi diqqət getdikcə daha çox insan kapitalının inkişafına yönəlir.

Təhsilin rəqəmsallaşdırılması, peşə təhsilinin genişləndirilməsi, innovasiya ekosisteminin formalaşdırılması, Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirilən layihələr göstərir ki, ölkə gələcək inkişaf modelini bilik və texnologiyalar üzərində qurmağa çalışır.

“HCI+ indeksindəki nəticə onu göstərir ki, qarşıda görüləcək işlər hələ də kifayət qədərdir. Lakin Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, bu çağırışlara cavab vermək üçün həm maliyyə imkanları, həm institusional potensialı, həm də siyasi iradəsi mövcuddur. Bir çox ölkələr insan kapitalına investisiya qoymaq istəsələr də, bunun üçün zəruri maliyyə resurslarına malik deyillər. Azərbaycan isə enerji gəlirlərinin yaratdığı imkanlardan istifadə edərək təhsil, səhiyyə, rəqəmsal bacarıqlar və innovasiya sahələrinə daha böyük investisiyalar yönəltmək potensialına sahibdir”, – deyə o bildirib.

İqtisadçının fikrincə, bu gün qlobal iqtisadiyyatda rəqabət neft yataqları və ya təbii sərvətlər uğrunda deyil, yüksək ixtisaslı insan resursları uğrunda gedir. Azərbaycanın qeyri-neft sektorunun inkişafı, yüksək texnologiyalar, yaşıl enerji, rəqəmsal xidmətlər və süni intellekt istiqamətində müəyyən etdiyi strateji hədəflər də məhz insan kapitalının əhəmiyyətini daha da artırır.

Bu baxımdan HCI+ göstəricisi mövcud vəziyyətin qiymətləndirilməsi ilə yanaşı, gələcək üçün fəaliyyət istiqamətlərini də müəyyənləşdirən yol xəritəsi kimi qəbul edilməlidir.

“Ən vacib məqamlardan biri isə odur ki, Azərbaycanın iqtisadi perspektivləri təkcə bugünkü göstəricilərlə məhdudlaşmır. Son illərdə qeyri-neft sektorunun genişlənməsi, rəqəmsallaşmanın sürətlənməsi, xarici investisiyaların yeni sahələrə yönəlməsi və əmək bazarında yeni peşələrə tələbatın artması insan kapitalının dəyərini daha da yüksəldir. Əgər bu proseslər keyfiyyətli təhsil, müasir peşə hazırlığı və innovasiya yönümlü siyasətlə dəstəklənərsə, Azərbaycanın gələcək illərdə HCI+ kimi beynəlxalq reytinqlərdə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün real imkanları var”, – deyə Əli Səlimov bildirib.

Əli Səlimov vurğulayıb ki, bu səbəbdən HCI+ nəticələrinə pessimist yanaşmaq üçün əsas yoxdur. Əksinə, bu göstərici Azərbaycanın növbəti inkişaf mərhələsinin əsas prioritetini daha aydın şəkildə ortaya qoyur.

Ölkə artıq enerji resursları hesabına formalaşdırdığı iqtisadi imkanları insan kapitalına çevirmək mərhələsinə daxil olur. Məhz bilikli, sağlam, rəqabətqabiliyyətli və innovativ insan resurslarının formalaşdırılması Azərbaycanın uzunmüddətli iqtisadi dayanıqlığını və yüksək gəlirli ölkələr sırasında mövqeyini daha da gücləndirəcək.

Bu istiqamətdə atılan addımlar davamlı və ardıcıl şəkildə həyata keçirildiyi təqdirdə, insan kapitalı Azərbaycanın gələcək iqtisadi uğurlarının əsas hərəkətverici qüvvəsinə çevrilə bilər.”

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Avqust 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri