Həbib Nurməhəmmədov Azərbaycanın ev sahibliyi edəcəyi UFC turniri ilə bağlı paylaşım edib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 22 aprel, AZƏRTAC
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu Həbib Nurməhəmmədov Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi UFC turniri ilə bağlı paylaşım edib.
AZƏRTAC xəbər verir ki, Bakıdakı turnirdə döyüşəcək Təğir Ulanbekovun məşqçisi olan 36 yaşlı rusiyalı idmançı instaqram hesabında Azərbaycana yalnız qələbə üçün gələcəklərini bildirib.
“Qonaqpərvər Azərbaycana Təğir Ulanbekov ilə birlikdə gələcəyik. Yalnız qələbə”, - paylaşımda qeyd edilib.
T.Ulanbekov ən yüngül çəki üzrə reytinqdə 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, UFC turniri iyunun 21-də Bakı Kristal Zalında təşkil olunacaq.

Həbib Nurməhəmmədov UFC tarixinin ən yaxşı döyüşçüsünü açıqladı
24 İyun 2025 03:18
Həbib Nurməhəmmədov Bakıya gəldi
20 İyun 2025 12:06
Həbib Nurməhəmmədov Bakıya gəlir FOTO
22 Aprel 2025 15:59
Həbib Nurməhəmmədov Liverpulda PSJ ə azarkeşlik edib
12 Mart 2025 15:41
“Stüardessa çox kobud idi” Həbib Nurməhəmmədov
13 Yanvar 2025 11:31

