Həbib Tayson və Polun döyüşü haqqında danışdı Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
UFC-nin sabiq çempionu Həbib Nurmaqomedov əfsanəvi boksçu Mayk Tayson və bloger Ceyk Pol arasında baş tutan döyüşü saxta kimi qiymətləndirib.
BAKU.WS xəbər verir ki, o, bu barədə "Sport24"ə açıqlamasında bildirib.
"Sevinirəm ki, Tayson nəticədə yaxşı qazanc əldə etdi. Təxminən 60 yaşında 20 milyon dollar qazanmaq həm onun, həm də ailəsi üçün yaxşıdır. Ən azından buna görə sevinirəm. Amma bu, əsl döyüş idi, yoxsa, yox böyük sualdır. Mənə bu, saxta göründü," - deyə Nurməhəmmədov qeyd edib.
Döyüş qaydalara uyğun olaraq səkkiz raund davam edib və hakimlərin yekdil qərarı ilə Ceyk Pol 80-72, 79-73, 79-73 hesabları ilə qalib elan olunub.
Mayk Tayson sonuncu dəfə 2020-ci ilin 28 noyabrında Roy Cons ilə rinqə çıxmışdı. Bu döyüş də səkkiz raund davam etmiş və hakimlərin qərarı ilə heç-heçə ilə nəticələnmişdi. Tayson peşəkar karyerasında 58 döyüş keçirib, bunlardan 50-sində (44-ü nokautla) qələbə qazanıb, iki dəfə məğlub olub, iki döyüş isə baş tutmamış elan edilib.
Ceyk Pol üçün bu qələbə peşəkar karyerasında 11-ci oldu. O, 2024-cü il iyulun 21-də keçmiş UFC döyüşçüsü Mayk Perri ilə döyüşdə də qələbə qazanmışdı.
Polun növbəti potensial rəqibi barədə də yaxın zamanda açıqlama veriləcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 05 Dekabr 2024 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















