Həbibbəyli məsələsinə Cəlaloğlunun reaksiyası: “Orta səviyyəli alimdir”
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
AMEA prezidenti, akademik İsa Həbibbəylinin XIV əsrə aid Nizami Gəncəviyə məxsus nadir əlyazmanı Vatikan nümayəndə heyətinə nümayiş etdirərkən səhifələri sürətlə çevirməsi görüntüsü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Hətta bəzi şəxslər İsa Həbibbəylinin istefasını da tələb ediblər.
ADP sədri Sərdar Cəlaloğlu Bakupost.az-a bildirib ki, olayda günah əlyazmanı AMEA Prezidentinə verənlərdədir:
“Əlyazmanı təqdim edənlər onunla necə davranmaq lazım gəldiyini öncədən ona izah etməli idilər. Bir səhvdir edib. 500-600 illik tarixi olan kitabı ehtiyatla, xüsusi qaydada vərəqləmək gərəkdir. Çünki bu cürə kobud rəftarla kitab pis vəziyyətə düşə bilər”.
Partiya sədri Həbibbəylinin istefası məsələsinə gəldikdə qeyd edir ki, əslində ölkədə rəhbər adlandırılanların əksəriyyəti tutduqları vəzifəyə layiq deyillər:
“Hansısa bir konyuktura ilə gəlib bura çıxıblar. Həbibbəyli orta səviyyəli alimdir. Ölkədə xəstəxanaya mühəndisi, Elm və Təhsil Nazirliyinə memarı rəhbər gətirirlər. Belədə, AMEA-ya da texnikumu bitirmiş adamı rəhbər qoya bilərlər”.
Rüfət Sultan,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 29 İyun 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















