Icma.az
close
up
RU
Həbs edilən iş adamları kimlərdir: İzlər Xızıya aparır

Həbs edilən iş adamları kimlərdir: İzlər Xızıya aparır

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kənd təsərrüfatına yönəldiləcəyi adı ilə dövlətə məxsus “Aqrarkredit” QSC-dən külli miqdarda krediti təyinatı üzrə xərcləmədiyi səbəbindən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən bir neçə sahibkarın saxlanıldığı barədə məlumat vermişdik.

“Yeni Sabah” Musavat.com-a istinadla bildirir ki, əməliyyat nəticəsində “Şurabad quşçuluq” MMC-nin direktoru Fuad Süleymanov, “Şurabad broyler”in direktoru Tofiq Musayev, “Salyansüd” MMC-nin qanuni təmsilçisi Fazil Rüstəmov və onlarla əlbir olan Faiq Rüstəmov, Süleyman İsmayılov və Yaşar Qurbanov saxlanılıb. İlkin ittihama görə, sözügedən şirkət rəhbərləri kənd təsərrüfatı fəaliyyətinin maliyyələşdirilməsi adı ilə “Aqrarkredit” QSC-dən ümumilikdə 100 milyon manatdan artıq kredit alıblar. Lakin araşdırma zamanı müəyyən edilib ki, həmin vəsaitlər təyinatı üzrə istifadə olunmayıb, kənd təsərrüfatına yönəldilmək əvəzinə şəxsi ehtiyaclara sərf edilib. Təqsirləndirilən şəxslərə qarşı xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə ittiham verilib və məhkəmənin qərarı ilə hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

O da iddia olunur ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində “Aqrarkredit” QSC-nin sabiq rəhbəri, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev (“Şapka Mamed”kimi də tanınır-red) barəsində də cinayət təqibi aparılır. Təsadüfi deyil ki, həbs edilənlər Tofiq Musayev “Şapka Mamed”in qardaşının oğludur, Fazil Rüstəmov isə Azərbaycan Sahibkarlar Konfederasiyasında onun müavin işləyib. Dominos pizza

“Aqrarkredit” QSC-nin əsas məqsədi sahibkarlıq subyektlərinin, xüsusilə regionlarda fəaliyyət göstərən bizneslərin maliyyələşdirilməsi və güzəştli kreditlərin verilməsidir.“Aqrarkredit” QSC 12 regional filialı vasitəsi ilə ölkənin bütün şəhər və rayonlarında hüquqi və fiziki şəxslərə, borclular qruplarına, ailə kəndli təsərrüfatlarına kredit xidməti göstərir. 2026-cı ilədək ümumilikdə 41 mindən artıq biznes layihəsi üzrə 1.5 mlrd. manat  kredit xidməti göstərmişdir. M.Musayev düz 24 il səhmləri tamamilə dövlətə məxsus olan “Aqrarkredit” ə rəhbərlik edib. Amma ötən il Sahil Babayev maliyyə naziri təyin ediləndən bir müddət sonra o, vəzifəsində kənarlaşdırılıb.

Yeri gəlmişkən, hazırda “Aqrarkredit” QSC-nin Müşahidə Şurasının sədri Anar Kərimovdur. O, BDU-nun məzunudur, 2001-ci ildə Amerikan Universitetində (Vaşinqton, ABŞ) Beynəlxalq iqtisadi hüquq üzrə magistr dərəcəsi alıb. 2001-ci ildə ABŞ-Azərbaycan Ticarət Palatasında (ABŞ) hüquqşünas, 2002–2005-ci illərdə Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf idarəsində attaşe və üçüncü katib, 2005-2006-cı illərdə Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində üçüncü katib, 2007-2010-cu illərdə İslam İnkişaf Bankında (S.Ərəbistanı) Türkiyə və Mərkəzi Asiya üzrə baş hüquqşünas, 2010-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və İqtisadi əlaqələr üzrə şöbələrində şöbə müdirinin müavini və şöbə müdiri, 2011-2018-ci illərdə beynəlxalq layihələrdə ekspert və özəl sektorda rəhbər vəzifələrdə işləyib. 2019-2025-ci illərdə o, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini təyin olunub. 2025-ci ilin iyun ayından “Aqrarkredit” QSC-nin Müşahidə Şurasına sədridir.

Həbs edilən şikrkət rəhbərləri haqda məlumat olduqca azdır. 2004-ci ildən dövlət qeydiyyatından keçən “ Şurabad Quşçuluq” Xızıda fəaliyyət göstərib. Məlumdur ki, Şurabad (rəsmi adı Şorabad) Xızıda yerləşən qəsəbədir.“Şurabad Quşçuluq” uzun illər cücəni İrandan gətirib. Əvvəl İllik istehsalı 300 min baş diri quş olub. İnternet resurslarında illər öncə MMC-nin Avropa ölkələrindən yeni inkubator avadanlıqları alacağı, Azərbaycanda özünü cücə ilə təmin edən ilk fabrikyaradılacağı, yumurta satışına başlayacağı, həmçinin diri cücənin və quş ətinin Gürcüstana və digər ölkələrə ixracı həyata keçiriləcəyi haqda rəsmi informasiya var.  Şirkətin Azərbaycanən digər şəhərlərində də özəl satış bazaları, fabrikləri olduğu bildilirdi.

Həbs edilənlərdən M.Musayevin Konfederasiyada müavini olan Fazil Rüstəmov haqda da məlumat demək olar ki, yoxdur. Araşdırmamız göstərdi ki, qurumun rəsmi internet saytında Konfederasiyanın nə İdarə Heyətində, nə Diurektoluğunda F. Rüstəmovun adı var. Məlumat üçün qeyd edək ki, M.Musayevin hələ də rəhbərlik etdiyi Sahibkarlar Konfederasiyası 5 mart 1999-cu ildə təsis edilib və dövlət qeydiyyatına alınıb. Vikipediya məlumatlara görə, Konfederasiyanın Azərbaycanın 5 rayonunda bütün respublikanı əhatə edən regional nümayəndəliyi fəaliyyət göstərir.Konfederasiya nizamanəməsində göstərilir ki, məqsədi müvafiq dövlət hakimiyyəti orqanları, bələdiyyə qurumları və digər təşkilatlar qarşısında sahibkarlıq subyektlərinin hüquqlarını, əmlak və digər qanuni mənafelərini müdafiə etməkdir.

"Şurabad Broyler" də Xızıda fəaliyyət göstərib, hətta Azərbaycanı beynəlxalq qida sərgisində təmsil də edib. Sahibkarlığa Kömək Milli Fondu da böyük ehtimalla onlara kredit verib, çünki hələ 2010-cu ildə Xızı rayonundakı illik istehsal gücü 11 milyon ədəd damazlıq yumurta olan "Şurabad Broyler" ASC və illik istehsal gücü 12 milyon ədəd damazlıq yumurta və 2,5 min ton quş əti olan "Şurabad Quşçuluq" MMC-də aparılan tikinti işlərinə baxış keçirilməsi haqda informasiyalar var.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 İyul 2026 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri