Həbs müddəti daha üç ay uzadıldı
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müdafiə Nazirliyinin Quru Qoşunlarının İnspeksiya İdarəsinin rəisi polkovnik Saleh Kələntərovun oğlu Rəşid Kələntərovun cinayət işi üzrə ibtidai araşdırma davam edir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror Kələntərovla bağlı məhkəməyə təqdimat verib. Təqdimatda ağır cinayət üzrə istintaqın davam etdiyi, bu səbəbdən daha bir neçə ayın gərəkli olduğu qeyd edilərək seçilmiş qətimkan tədbirinin uzadılması xahiş edilib.
Bakı Hərbi Məhkəməsi təqdimatı əsaslı hesab edib. Qərara əsasən, R.Kələntərovun həbsdə saxlama müddəti daha 3 ay uzadılıb.
Qeyd edək ki, N saylı hərbi hissənin zabiti işləmiş R.Kələntərov təkrar rüşvət almaqda və qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq etməkdə ittiham elan edilir.
Sail Ağasəlim
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 05 Noyabr 2024 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















