Icma.az
close
up
RU
Həbs olunan icra başçıları YAP üzvlüyündə niyə qalıblar? Açıqlama

Həbs olunan icra başçıları YAP üzvlüyündə niyə qalıblar? Açıqlama

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan hökuməti bəyan edib ki, rəsmi səviyyədə korrupsiyaya qarşı mübarizə aparılır. Bunun üçün mərkəzi və yerli icra hakimiyyətləri, bələdiyyələr və digər strukturlarda araşdırmalar aparılır və təqsirkarlar saxlanırlar. İndiyə qədər bir sıra nazirliklərin vəzifəli şəxsləri, icra başçıları, bələdiyyə nümayəndələri korrupsiya əməliyyatları çərçivəsində saxlanılıb, daha sonra məhkəmə qərarı ilə həbs olunub.

Həbs olunan keçmiş məmurlar arasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri də olub.

Məsələn, Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz tatarov, Kürdəmirin keçmiş icra başçısı Ceyhun Cəfərov və birinci müavini Tacəddin Novruzov, Yevlaxın eks-icra başçısı Qoca Səmədov və başqalarını misal kimi göstərmək olar.

Maraqlıdır ki, YAP üzvü olan bu şəxslər partiya sıralarında hələ də qalırmı?

Mia.az-ın məlumatına görə, məsələ ilə bağlı Modern.az-a danışan Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü, deputat Azər Badamov bildirib ki, qanuni şəkildə haqqında məhkəmə hökmü oxunmuş şəxslər partiya sıralarından kənarlaşdırılıblar.

“Hazırda istintaqı davam edən şəxslər ola bilər ki, onlar partiyadan uzaqlaşdırılmayıb. Lakin artıq korrupsioner olduğu məhkəmənin hökmü ilə təsdiq olunan şəxslər partiya sıralarından kənarlaşdırılıblar”,-o deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://mia.az
archiveBu xəbər 22 Yanvar 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri